Dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klaslar, açıq havada film nümayişinin də olacağı festival sentyabrın 8-dək davam edəcək. 08.09.2024, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr - Sputnik. Sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində növbəti Üzüm və Şərab Festivalı təşkil olunub. Artıq üçüncü dəfə keçirilən festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır. İki gün ərzində saat 14:00-dan 21:00-dək davam edəcək festival ərazisi müxtəlif interaktiv zonalara bölünəcək: dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klaslar, o cümlədən şərabla rəsm master-klası, açıq havada film nümayişi. Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.Festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edəcəklər. Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq mindən çox insanın iştirakı nəzərdə tutulur. Festival sentyabrın 8-dək davam edəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klaslar, açıq havada film nümayişinin də olacağı festival sentyabrın 8-dək davam edəcək.
BAKI, 8 sentyabr - Sputnik. Sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində növbəti Üzüm və Şərab Festivalı təşkil olunub.
Artıq üçüncü dəfə keçirilən festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır. İki gün ərzində saat 14:00-dan 21:00-dək davam edəcək festival ərazisi müxtəlif interaktiv zonalara bölünəcək: dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klaslar, o cümlədən şərabla rəsm master-klası, açıq havada film nümayişi.
Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.
Festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edəcəklər. Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq mindən çox insanın iştirakı nəzərdə tutulur. Festival sentyabrın 8-dək davam edəcək.