https://sputnik.az/20240908/ramasvami-rusiya-mediasina-qarsi-ittihamlara-meunasibet-bildirib--467244481.html
Ramasvami Rusiya mediasına qarşı ittihamlara münasibət bildirib
Ramasvami Rusiya mediasına qarşı ittihamlara münasibət bildirib
Sputnik Azərbaycan
Amerikalı siyasətçi Rusiya mediasına qarşı ittihamlara inanmadığını bildirib. 08.09.2024, Sputnik Azərbaycan
2024-09-08T11:02+0400
2024-09-08T11:02+0400
2024-09-08T11:03+0400
rusiya
abş
siyasətçi
rusiya
sergey lavrov
kreml
sanksiya
"rossiya segodniya"
dövlət departamenti
abş-da prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455648436_0:0:3072:1728_1920x0_80_0_0_d8f57e8032790cd11166ffdaf27a8abc.jpg
BAKI, 8 sentyabr - Sputnik. ABŞ prezidentliyinə keçmiş namizəd Vivek Ramasvami ABŞ hakimiyyətinin Rusiya mediasına qarşı ittihamlarına inanmadığını bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.Ramasvami qeyd edib ki, oxşar ittihamlar keçmiş seçki dövrlərində artıq səslənib, lakin təsdiqini tapmayıb.Sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana, eləcə də onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.Onlardan əlavə, RT xəbərlər yayımının rəhbəri Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və telekanalın bir sıra digər əməkdaşları qara siyahıya salınıb.ABŞ Dövlət Departamenti “Rossiya Seqodnya” media qrupu və onun törəmə şirkətlərinin statuslarını “xarici missiyalar” kimi müəyyən edərək, onların iş şəraitini sərtləşdirib.Xarici nümayəndəliklər haqqında qanuna uyğun olaraq, onlardan ABŞ-ın işçi heyəti və əmlakı barədə agentliyi xəbərdar etmələri tələb olunacaq.ABŞ səlahiyyətliləri həmçinin “Kreml tərəfindən dəstəklənən” media qurumları adından hərəkət etdiyi iddia edilən şəxslərə viza verilməsini məhdudlaşdıran yeni siyasət elan edib. Bununla belə, Dövlət Departamenti viza məhdudiyyətlərinin konkret olaraq kimin təsirləndiyini açıqlamaqdan imtina edib.Yeni sanksiyaları şərh edən Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, sanksiyalar ayrı-ayrı rusiyalı jurnalistlərə qarşı deyil, “qanunsuz fəaliyyətlə məşğul olan” məhdudiyyətlərə məruz qalan təşkilatların əməkdaşlarına qarşı yönəlib.Rusiya ABŞ-ın Amerika seçkilərinə müdaxilə ilə bağlı ittihamlarını dəfələrlə rədd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür iddiaları “tamamilə əsassız” adlandırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın heç bir xarici ölkədə seçkilərə müdaxiləsi ilə bağlı bəyanatları təsdiqləyən faktların olmadığını vurğulayıb.Respublikaçı deputatlar da Rusiya mediasına qarşı iddiaları seçkilərlə əlaqələndirərək, demokratların əvvəllər də sübuta yetirilməyən oxşar ittihamlar səsləndirdiyini bildiriblər.ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240906/abs-media-sirketi-rt-ile-emekdasliq-etdiyi-iddia-edilen-bloggeri-isden-cixarib-467227327.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455648436_160:0:2891:2048_1920x0_80_0_0_1fbaf7d15ebaf08705df88042b63211b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, siyasətçi, rusiya, sergey lavrov, kreml, sanksiya, "rossiya segodniya", dövlət departamenti, abş-da prezident seçkiləri, kamala harris, donald tramp
abş, siyasətçi, rusiya, sergey lavrov, kreml, sanksiya, "rossiya segodniya", dövlət departamenti, abş-da prezident seçkiləri, kamala harris, donald tramp
Ramasvami Rusiya mediasına qarşı ittihamlara münasibət bildirib
11:02 08.09.2024 (Yenilənib: 11:03 08.09.2024) Amerikalı siyasətçi Rusiya mediasına qarşı ittihamlara inanmadığını bildirib.
BAKI, 8 sentyabr - Sputnik. ABŞ prezidentliyinə keçmiş namizəd Vivek Ramasvami ABŞ hakimiyyətinin Rusiya mediasına qarşı ittihamlarına inanmadığını bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.
“Əslində, mən onların (ABŞ səlahiyyətlilərinin - red.) satmağa çalışdıqlarını almıram”, - Ramasvami amerikalı jurnalist Taker Karlsonla söhbətində deyib.
Ramasvami qeyd edib ki, oxşar ittihamlar keçmiş seçki dövrlərində artıq səslənib, lakin təsdiqini tapmayıb.
Sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyana, eləcə də onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Onlardan əlavə, RT xəbərlər yayımının rəhbəri Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və telekanalın bir sıra digər əməkdaşları qara siyahıya salınıb.
ABŞ Dövlət Departamenti “Rossiya Seqodnya” media qrupu və onun törəmə şirkətlərinin statuslarını “xarici missiyalar” kimi müəyyən edərək, onların iş şəraitini sərtləşdirib.
Xarici nümayəndəliklər haqqında qanuna uyğun olaraq, onlardan ABŞ-ın işçi heyəti və əmlakı barədə agentliyi xəbərdar etmələri tələb olunacaq.
ABŞ səlahiyyətliləri həmçinin “Kreml tərəfindən dəstəklənən” media qurumları adından hərəkət etdiyi iddia edilən şəxslərə viza verilməsini məhdudlaşdıran yeni siyasət elan edib. Bununla belə, Dövlət Departamenti viza məhdudiyyətlərinin konkret olaraq kimin təsirləndiyini açıqlamaqdan imtina edib.
Yeni sanksiyaları şərh edən Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, sanksiyalar ayrı-ayrı rusiyalı jurnalistlərə qarşı deyil, “qanunsuz fəaliyyətlə məşğul olan” məhdudiyyətlərə məruz qalan təşkilatların əməkdaşlarına qarşı yönəlib.
Rusiya ABŞ-ın Amerika seçkilərinə müdaxilə ilə bağlı ittihamlarını dəfələrlə rədd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür iddiaları “tamamilə əsassız” adlandırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın heç bir xarici ölkədə seçkilərə müdaxiləsi ilə bağlı bəyanatları təsdiqləyən faktların olmadığını vurğulayıb.
Respublikaçı deputatlar da Rusiya mediasına qarşı iddiaları seçkilərlə əlaqələndirərək, demokratların əvvəllər də sübuta yetirilməyən oxşar ittihamlar səsləndirdiyini bildiriblər.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.