Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ media şirkəti RT ilə əməkdaşlıq etdiyi iddia edilən bloggeri işdən çıxarıb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRT
RT  - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Abunə olmaq
Daily Mail yazır ki, Çen 2021 və 2022-ci illərdə RT üçün bir neçə məqalənin hazırlanmasında iştirak edib.
BAKI, 6 sentyabr — Sputnik. ABŞ media şirkəti Blaze Media, RT rəhbərliyinə qarşı sanksiyaların tətbiqindən bir gün sonra televiziya kanalı ilə əməkdaşlıq edən blogger Loren Çeni işdən çıxarıb. Bu barədə Britaniya və ABŞ nəşrləri xəbər verir.
"Loren Çen müstəqil işgörən oub və onun müqaviləsi ləğv edilib" , Semafor Blaze Media-nın baş direktoru Tayler Kardon deyib.
Bildirilir ki, Çen və əri Liam Donovan "Tenet Media" media şirkətinin həmtəsisçiləridir. Daily Mail yazır ki, Çen 2021 və 2022-ci illərdə RT üçün bir neçə məqalənin hazırlanmasında iştirak edib.
ABŞ-ın "Daily Beast" qəzeti öz növbəsində qeyd edir ki, "Tenet Media"nın təsisçilərinin adı ABŞ-da Rusiya dövlət mediası tərəfindən bloqçuları maliyyələşdirməsi ilə bağlı ittiham aktında çəkilir. Nəşr qeyd edir ki, onların adları çəkilməsə də, Çen və Donovan bu təsvirə uyğun gələn yeganə şəxslərdir.
Sentyabrın 4-də ABŞ Maliyyə Nazirliyi "Rossiya Seqodnya" media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edib. Onlardan əlavə, RT xəbərlər yayımının rəhbəri Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və bir neçə digər əməkdaş qara siyahıya salınıb. Bundan başqa, Kalaşnikov və RT-nin digər əməkdaşı Yelena Afanasyeva çirkli pulların yuyulması və Xarici Agentlərin Qeydiyyatı Aktını (FARA) pozmaqda ittiham olunublar.
Dövlət Departamenti bəyan edib ki, "Rossiya Seqodnya" media qrupunun və onun törəmə şirkətlərinin iş şəraiti sərtləşdirilib və onların statusu "xarici missiyalar" kimi müəyyən edilib. ABŞ qanunları agentliyin Birləşmiş Ştatlarda işləyən personal və əmlak barədə məlumatlandırılmanı tələb edir.
Bundan əlavə, ABŞ səlahiyyətliləri "Kreml tərəfindən dəstəklənən" media qurumları adından hərəkət etdiyi iddia edilən insanlara viza verilməsini məhdudlaşdıran yeni siyasət elan edib. Lakin Dövlət Departamenti bu məhdudiyyətlərin konkret olaraq kimə təsir edəcəyini açıqlamaqdan imtina edib. Dövlət Departamentinin rəsmi nümayəndəsinin sözlərinə görə, onlar ayrı-ayrı rusiyalı jurnalistlərə qarşı deyil, məhdudiyyətlərə məruz qalan təşkilatların əməkdaşlarına qarşı yönəlib.
Prezidentin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib ki, "Rossiya Seqodnya"ya qarşı sanksiyalara cavab olaraq Rusiyada ABŞ KİV-lərinin məlumatlarının yayılmasına məhdudiyyətlər qoyulacaq. Bununla belə, o qeyd edib ki, ABŞ-da hökumət xəbər agentliyinin olmaması səbəbindən güzgü tədbirləri mümkün deyil.
Здание МИА Россия сегодня - Sputnik Azərbaycan, 1920, 04.09.2024
DÜNYA XƏBƏRLƏRİ
ABŞ “Rossiya Seqodnya” media qrupuna və onun beş törəmə şirkətinə sanksiyalar tətbiq edib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0