DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransanın BRİKS-ə qoşulması ölkənin təbii siyasətinə qayıdış olardı - keçmiş deputat

© Sputnik / Александр Кряжев / Mediabanka keçid Avropa Parlamentinin Fransadan olan keçmiş üzvü, geosiyasi analitik Emerik Şoprad
 Avropa Parlamentinin Fransadan olan keçmiş üzvü, geosiyasi analitik Emerik Şoprad - Sputnik Azərbaycan, 1920, 08.09.2024
Abunə olmaq
Analitik bldirib ki, BRİKS-ə qoşulmaq üçün Fransaya ilk növbədə siyasi rəhbərliyin dəyişməsi lazımdır.
BAKI, 8 sentyabr - Sputnik. "Ənənəvi olaraq xarici siyasətdə çoxqütblülüyün tərəfdarı olan Fransa BRİKS-ə qoşulmalıdır. Belə bir bəyanatla Avropa Parlamentinin Fransadan olan keçmiş üzvü, geosiyasi analitik Emerik Şoprad RİA Novosti-yə müsahibəsində çıxış edib.
Şərq İqtisadi Forumu çərçivəsində keçirilən söhbətdə analitik qeyd edib ki, Fransanın BRİKS-ə qoşulması ideyası ilk baxışda qəribə görünə bilər, amma əslində onun ölkəsi ənənəvi olaraq xarici siyasətində çoxqütblülüyün tərəfdarıdır.
Agentliyin həmsöhbəti bildirib ki, Jak Şirakın prezidentliyindən sonra bu ənənə itirilib və Paris dünya səhnəsində daha çox ABŞ xətti ilə getməyə başlayıb.

“BRİKS-ə qoşulmaq təbii siyasətimizə qayıdışdır. Beləliklə, tamamilə təbiidir və qəribə deyil. Bu da realdır, çünki Fransa təkcə Avropa ölkəsi deyil. Ərazi baxımından qlobal gücdür. Sakit okeanda, Karib dənizində, bir çox yerdə bizim ərazilərimiz var. Biz dünyada ikinci ən böyük dəniz zonasına (eksklüziv iqtisadi zona) sahibik. Biz Hind Okeanı Forumunda (Hind Okeanı Regional Əməkdaşlıq Assosiasiyası), bir çox regional forumlarda iştirak edirik, ona görə də bu qlobal Cənuba, dediyimiz kimi, BRİKS-ə aid olmaq məntiqlidir”, - Şoprad RİA Novosti-yə bildirib.

Onun fikrincə, BRİKS-ə qoşulmaq üçün Fransaya ilk növbədə siyasi rəhbərliyin dəyişməsi, sonra isə assosiasiyaya müvafiq sorğu göndərilməsi lazımdır.
"Fransaya hə və ya yox demək isə BRİKS-in işidir. Lakin Fransa beynəlxalq səhnədə mühüm ölkədir və mən hesab edirəm ki, bu, dünyanın mənzərəsini tamamilə dəyişdirə və real çoxqütblü dünya birliyin mümkünlüyünü təşviq edə bilər", - agentliyin həmsöhbəti vurğulayıb.
Sentyabrın 3-6-da Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda Şərq İqtisadi Forumu keçirilib. Sputnik ŞİF-2024-ün baş informasiya tərəfdaşı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0