https://sputnik.az/20240908/formula-1-erzinde-bezi-erazilere-neqliyyatin-giris-cixisi-icaze-ile-olacaq-467250979.html
Formula 1 ərzində bəzi ərazilərə nəqliyyatın giriş-çıxışı icazə ilə olacaq
Formula 1 ərzində bəzi ərazilərə nəqliyyatın giriş-çıxışı icazə ilə olacaq
Sputnik Azərbaycan
"Formula 1"lə bağlı paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. 08.09.2024, Sputnik Azərbaycan
2024-09-08T17:12+0400
2024-09-08T17:12+0400
2024-09-08T17:12+0400
paytaxt xəbərləri
formula-1 azərbaycan qran prisi
yaşayış
bakı
küçə
zona
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454331687_0:104:2000:1229_1920x0_80_0_0_0b379e595c52920250706df5541e8b4c.jpg
BAKI, 8 sentyabr - Sputnik. Sentyabrın 13-dən 15-dək "Formula 1" Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.Məhdudiyyət tədbirin sonunadək davam edəcək.Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240912/formula-1-ile-elaqedar-olaraq-bakida-bu-marsrutlarda-avtobusun-hereket-sxemi-deyisdirilir-467246890.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454331687_112:0:1889:1333_1920x0_80_0_0_c47afdda8f141905aaabdc83636675af.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
formula-1 azərbaycan qran prisi, yaşayış, bakı, küçə, zona, azərbaycan
formula-1 azərbaycan qran prisi, yaşayış, bakı, küçə, zona, azərbaycan
Formula 1 ərzində bəzi ərazilərə nəqliyyatın giriş-çıxışı icazə ilə olacaq
"Formula 1"lə bağlı paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək.
BAKI, 8 sentyabr - Sputnik. Sentyabrın 13-dən 15-dək "Formula 1" Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.
Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.
Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:
Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiBöyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə
Tel: (012) 497-35-89
Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4Xəqani küçəsi 26/32
Tel: (012) 498 88 06
Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58İstiqlaliyyət küçəsi 5
Tel: (012) 492 41 85
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.
Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.