Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

DYP "Formula-1"lə əlaqədar sürücülərə müraciət edib

© Sputnik / Murad Orujov Formula-1 Azərbaycan Qran Prisi, arxiv
 Formula-1 Azərbaycan Qran Prisi, arxiv - Sputnik Azərbaycan, 1920, 12.09.2024
Abunə olmaq
Sabah başlayacaq "2024 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.
BAKI, 12 sentyabr - Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "2024 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar sürücülərə müraciət edib.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə deyilir:
"Sabah başlayacaq "2024 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur. Bununla yanaşı yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur".
08.09.24, 13:59
Formula-1 ilə əlaqədar olaraq Bakıda bu marşrutlarda avtobusun hərəkət sxemi dəyişdirilir
Formula-1 üzrə Azərbaycan Qran Pri yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bununla əlaqədar 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus marşrutunun hərəkət sxemi isə dəyişdirilir. Dəyişikliyə əsasən:
1 nömrəli avtobus marşrutu (istiqamət: “Neftçilər” metrostansiyası), 46 nömrəli avtobus marşrutu (istiqamət: “Əhmədli” metrostansiyası) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
2 nömrəli avtobus marşrutu (istiqamət: “Dərnəgül” metrostansiyası) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
4 nömrəli avtobus marşrutu (istiqamət: “Xətai” metrostansiyası) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.
6, 10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər” metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank): Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
65 nömrəli avtobus marşrutu (istiqamət: “İçərişəhər” metrostansiyası) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;
88 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
125 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, “28 Mall” ticarət mərkəzi) əhatə edəcək.
149 nömrəli avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.
E1 nömrəli avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq.
Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Formula 1 - Sputnik Azərbaycan, 1920, 05.09.2024
PAYTAXT XƏBƏRLƏRİ
Formula 1 müddətində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq
Xəbər lenti
0