https://sputnik.az/20240906/yaponiya-vetendasinin-casusluguna-gore-olkenin-belarusiyadaki-sefirine-etiraz-edilib-467229191.html
Yaponiya vətəndaşının casusluğuna görə ölkənin Belarusiyadakı səfirinə etiraz edilib
Yaponiya vətəndaşının casusluğuna görə ölkənin Belarusiyadakı səfirinə etiraz edilib
Sputnik Azərbaycan
Minskdə xarici kəşfiyyat xidmətlərinin ölkənin suverenliyini pozan hər hansı hərəkətinin qəbuledilməz olduğu bildirilib. 06.09.2024, Sputnik Azərbaycan
2024-09-06T23:05+0400
2024-09-06T23:05+0400
2024-09-06T23:05+0400
yaponiya
dünya xəbərləri
belarus
ukrayna
təhlükəsiz hərəkət
https://cdnn1.img.sputnik.az/img/40979/67/409796704_20:0:982:541_1920x0_80_0_0_03576eb5d32f734e1a91069e619b959f.jpg
BAKI, 6 sentyabr — Sputnik. Belarus Xarici İşlər Nazirliyi Yaponiyanın Belarusdakı səfiri Hiroyuki Yamamotoya respublikada yapon kəşfiyyatçısı olduğu iddia edilən şəxsin saxlanılması ilə bağlı etirazını bildirib. Bu barədə Rusiya mediası Belarus XİN-in rəsmi nümayəndəsi Anatoli Qlazın açıqlamasına istinadən xəbər verib. "2024-cü il sentyabrın 6-da Yaponiyanın səfiri Hiroyuki Yamamoto Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Bu yaxınlarda saxlanılan Yaponiya vətəndaşı tərəfindən ölkəmiz ərazisində Belarus Respublikasının təhlükəsizliyinə xələl gətirən casusluq fəaliyyəti ilə bağlı Yaponiyanın rəsmi nümayəndəsinə etiraz edilib. Yaponiya tərəfinin bu cinayəti ictimaiyyətdən gizlətmək və mediada nümayiş etdirməmək üçün açıq şəkildə bəyan etdiyi tələbləri onların səriştəsizliyi ucbatından nəzərdən keçirilməyib", Qlaz bildirilib. Saxlanılan şəxsin iyul ayında Belarus DTK tərəfindən saxlanıldığı dəqiqləşdirilir. O, Yaponiyada işə götürülüb və təlim keçdikdən sonra Qomelə missiyaya göndərilib. Yaponiyalı şəxs Belarusda keçirdiyi altı ilin hər bir ilini ətraflı hesabat aparıb. O, məlumatları Yaponiyanın Milli İctimai Təhlükəsizlik Komissiyasına ötürmək niyyətində olub. Eyni zamanda, Minskdə xarici kəşfiyyat xidmətlərinin ölkənin suverenliyini pozan hər hansı hərəkətinin qəbuledilməz olduğunu da bildiriblər. Xatırladaq ki, sentyabrın 4-də Belarusda sosial-siyasi vəziyyət, Belarus-Ukrayna sərhədindəki vəziyyət barədə məlumat toplayan, həmçinin hərbi infrastrukturun fotolarını çəkən yapon kəşfiyyatçısının Belarusda saxlanması məlum olub. Saxlanılan şəxs Belarusun təhlükəsizliyinə zərər vurduğunu etiraf edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40979/67/409796704_140:0:861:541_1920x0_80_0_0_734f9f5c2775b6b1b49433797e535f91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaponiya, belarus, ukrayna, təhlükəsiz hərəkət
yaponiya, belarus, ukrayna, təhlükəsiz hərəkət
Yaponiya vətəndaşının casusluğuna görə ölkənin Belarusiyadakı səfirinə etiraz edilib
Minskdə xarici kəşfiyyat xidmətlərinin ölkənin suverenliyini pozan hər hansı hərəkətinin qəbuledilməz olduğu bildirilib.
BAKI, 6 sentyabr — Sputnik. Belarus Xarici İşlər Nazirliyi Yaponiyanın Belarusdakı səfiri Hiroyuki Yamamotoya respublikada yapon kəşfiyyatçısı olduğu iddia edilən şəxsin saxlanılması ilə bağlı etirazını bildirib.
Bu barədə Rusiya mediası Belarus XİN-in rəsmi nümayəndəsi Anatoli Qlazın açıqlamasına istinadən xəbər verib.
"2024-cü il sentyabrın 6-da Yaponiyanın səfiri Hiroyuki Yamamoto Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Bu yaxınlarda saxlanılan Yaponiya vətəndaşı tərəfindən ölkəmiz ərazisində Belarus Respublikasının təhlükəsizliyinə xələl gətirən casusluq fəaliyyəti ilə bağlı Yaponiyanın rəsmi nümayəndəsinə etiraz edilib. Yaponiya tərəfinin bu cinayəti ictimaiyyətdən gizlətmək və mediada nümayiş etdirməmək üçün açıq şəkildə bəyan etdiyi tələbləri onların səriştəsizliyi ucbatından nəzərdən keçirilməyib", Qlaz bildirilib.
Saxlanılan şəxsin iyul ayında Belarus DTK tərəfindən saxlanıldığı dəqiqləşdirilir. O, Yaponiyada işə götürülüb və təlim keçdikdən sonra Qomelə missiyaya göndərilib. Yaponiyalı şəxs Belarusda keçirdiyi altı ilin hər bir ilini ətraflı hesabat aparıb. O, məlumatları Yaponiyanın Milli İctimai Təhlükəsizlik Komissiyasına ötürmək niyyətində olub.
Eyni zamanda, Minskdə xarici kəşfiyyat xidmətlərinin ölkənin suverenliyini pozan hər hansı hərəkətinin qəbuledilməz olduğunu da bildiriblər.
Xatırladaq ki, sentyabrın 4-də Belarusda sosial-siyasi vəziyyət, Belarus-Ukrayna sərhədindəki vəziyyət barədə məlumat toplayan, həmçinin hərbi infrastrukturun fotolarını çəkən yapon kəşfiyyatçısının Belarusda saxlanması məlum olub.
Saxlanılan şəxs Belarusun təhlükəsizliyinə zərər vurduğunu etiraf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.