https://sputnik.az/20240906/ran-sefiri-ermenistani-destekleyib-rusiyaya-soz-atdi-467218835.html
İran səfiri Ermənistanı dəstəkləyib Rusiyaya söz atdı
İran səfiri Ermənistanı dəstəkləyib Rusiyaya söz atdı
Sputnik Azərbaycan
Mehdi Sobhani deyib ki, İran başqa ölkələrin Ermənistana gələrək təhlükəsizliyi təmin etməsini dəstəkləmir. 06.09.2024, Sputnik Azərbaycan
2024-09-06T16:23+0400
2024-09-06T16:23+0400
2024-09-06T16:23+0400
iran
dünya xəbərləri
ermənistan
naxçıvan
kommunikasiyaların açılması
https://cdnn1.img.sputnik.az/img/07e8/09/06/467218658_0:0:1921:1080_1920x0_80_0_0_d4267f07ede58332f1be944ec12597e0.jpg
BAKI, 6 sentyabr — Sputnik. İranın Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistlərə gələcək Azərbaycan-Ermənistan-Naxçıvan kommunikasına nəzarət etmək üçün xarici özəl şirkətlərin cəlb edilməsi imkanlarını şərh edib. Səfir bildirib ki, İran üçüncü ölkələrin nümayəndələrinin Sünikdə kommunikasiyalara nəzarət etməsinin əleyhinədir. Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirdiklərini bəyan edib. İran səfirinin sözlərinə görə, Ermənistan hakimiyyətinin bəyanatına əsasən, sərhəd məntəqələrində nəzarət Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcək. "Biz hər şeyin Ermənistanın suverenliyi çərçivəsində olmasının tərəfdarıyıq, hər hansı bir nəzarət Ermənistan tərəfindən olacaq. Biz başqa ölkələrin bura gələrək təhlükəsizliyi təmin etməsini dəstəkləmirik", Sobhani deyib. O qeyd edib ki, Ermənistan hakimiyyəti də bundan danışır: "Hər şey Ermənistanın suverenliyi çərçivəsində olacaq. Beləliklə, söhbət təhlükəsizlik məsələsinin hansısa beynəlxalq şirkətə verilməsindən getmir. Məsələ ondadır ki, yüklərin daşınması zamanı hansısa ticarət şirkətinin nümayəndəsi ola bilər, nəzarət və təhlükəsizliyi Ermənistan hökuməti təmin edəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/06/467218658_189:0:1632:1082_1920x0_80_0_0_25051abe72fafd2a50c5d68f8e50e5c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, ermənistan, naxçıvan, kommunikasiyaların açılması
iran, ermənistan, naxçıvan, kommunikasiyaların açılması
İran səfiri Ermənistanı dəstəkləyib Rusiyaya söz atdı
Mehdi Sobhani deyib ki, İran başqa ölkələrin Ermənistana gələrək təhlükəsizliyi təmin etməsini dəstəkləmir.
BAKI, 6 sentyabr — Sputnik. İranın Ermənistandakı səfiri Mehdi Sobhani jurnalistlərə gələcək Azərbaycan-Ermənistan-Naxçıvan kommunikasına nəzarət etmək üçün xarici özəl şirkətlərin cəlb edilməsi imkanlarını şərh edib.
Səfir bildirib ki, İran üçüncü ölkələrin nümayəndələrinin Sünikdə kommunikasiyalara nəzarət etməsinin əleyhinədir.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirdiklərini bəyan edib.
İran səfirinin sözlərinə görə, Ermənistan hakimiyyətinin bəyanatına əsasən, sərhəd məntəqələrində nəzarət Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcək.
"Biz hər şeyin Ermənistanın suverenliyi çərçivəsində olmasının tərəfdarıyıq, hər hansı bir nəzarət Ermənistan tərəfindən olacaq. Biz başqa ölkələrin bura gələrək təhlükəsizliyi təmin etməsini dəstəkləmirik", Sobhani deyib.
O qeyd edib ki, Ermənistan hakimiyyəti də bundan danışır: "Hər şey Ermənistanın suverenliyi çərçivəsində olacaq. Beləliklə, söhbət təhlükəsizlik məsələsinin hansısa beynəlxalq şirkətə verilməsindən getmir. Məsələ ondadır ki, yüklərin daşınması zamanı hansısa ticarət şirkətinin nümayəndəsi ola bilər, nəzarət və təhlükəsizliyi Ermənistan hökuməti təmin edəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.