https://sputnik.az/20240906/qeytsden-suni-intellektle-bagli-iddiali-aciqlama-mehsuldarligin-artimini-goreceyik-467218968.html
Qeytsdən süni intellektlə bağlı iddialı açıqlama: məhsuldarlığın artımını görəcəyik
Qeytsdən süni intellektlə bağlı iddialı açıqlama: məhsuldarlığın artımını görəcəyik
Sputnik Azərbaycan
Bundan əvvəl Bill Qeyts demişdi ki, süni intellekt (AI) texnologiyası cəmiyyəti bütün keçmiş elmi və texnoloji kəşflərdən qat-qat çox dəyişəcək. 06.09.2024, Sputnik Azərbaycan
2024-09-06T23:29+0400
2024-09-06T23:29+0400
2024-09-06T23:29+0400
bill qeyts
elm
microsoft
süni intellekt
ilon mask
https://cdnn1.img.sputnik.az/img/42413/95/424139505_0:0:3072:1728_1920x0_80_0_0_f3e5937a6beacaa97919b085a66ec4e1.jpg
BAKI, 6 sentyabr — Sputnik. Microsoft-un yaradıcısı və milyarder Bill Qeyts insanların həyatına süni intellektin (AI) tətbiqindən sönra məhsuldarlığın artacağını gözləyir, onun dünyanı və bəşəriyyəti məhv edəcəyinə inanmır. O, "Verge"ə müsahibəsində bildirib. "Qısa müddətdə söhbət səhiyyə və təhsil kimi sahələrdə süni intellektdən müsbət mənada istifadə etməkdən gedir. Beləliklə, növbəti onillikdə biz bir çox sənaye sahələrində məhsuldarlığın artımını görəcəyik, bu, çox yaxşı xəbərdir" - Qeyts deyib. O, həmçinin əlavə edib ki, süni intellekt, onun fikrincə, kütləvi dezinformasiya problemini ağırlaşdırmır, dezinformasiya "axmaq yazan" insanlardan yaranır və bunun üçün AI-yə ehtiyac yoxdur. Eyni zamanda, milyarder hesab edir ki, süni intellekt gələcəkdə bəşəriyyətə dezinformasiya ilə effektiv mübarizə aparmağa kömək edəcək. Bundan əvvəl Bill Qeyts "İndependent" qəzetinə müsahibəsində demişdi ki, süni intellekt (AI) texnologiyası cəmiyyəti bütün keçmiş elmi və texnoloji kəşflərdən qat-qat çox dəyişəcək. Amerikalı biznesmen İlon Mask daha əvvəl bildirmişdi ki, gələcəkdə robotlar və süni intellekt insanlara istənilən mal və xidmətlər təqdim edə biləcək, iş isə insanların hobbisinə çevriləcək. Eyni zamanda, o, süni intellekt texnologiyalarının inkişafı üçün təhlükələr barədə dəfələrlə danışıb. Xüsusilə, aprel ayında Mask süni intellektin siyasi cəhətdən düzgün olması üçün öyrədilməsinin təhlükələri barədə xəbərdarlıq edərək, belə süni intellektin tolerant təsvirlər yaratmaq əvəzinə, onları reallığa çevirə, milyonlarla insanı öldürə və müxtəliflik məqsədlərinə çata biləcəyinə işarə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42413/95/424139505_311:0:3042:2048_1920x0_80_0_0_109cb09693b03a1386005728f35630c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bill qeyts, microsoft, süni intellekt, ilon mask
bill qeyts, microsoft, süni intellekt, ilon mask
Qeytsdən süni intellektlə bağlı iddialı açıqlama: məhsuldarlığın artımını görəcəyik
Bundan əvvəl Bill Qeyts demişdi ki, süni intellekt (AI) texnologiyası cəmiyyəti bütün keçmiş elmi və texnoloji kəşflərdən qat-qat çox dəyişəcək.
BAKI, 6 sentyabr — Sputnik. Microsoft-un yaradıcısı və milyarder Bill Qeyts insanların həyatına süni intellektin (AI) tətbiqindən sönra məhsuldarlığın artacağını gözləyir, onun dünyanı və bəşəriyyəti məhv edəcəyinə inanmır. O, "Verge"ə müsahibəsində bildirib.
"Qısa müddətdə söhbət səhiyyə və təhsil kimi sahələrdə süni intellektdən müsbət mənada istifadə etməkdən gedir. Beləliklə, növbəti onillikdə biz bir çox sənaye sahələrində məhsuldarlığın artımını görəcəyik, bu, çox yaxşı xəbərdir" - Qeyts deyib.
O, həmçinin əlavə edib ki, süni intellekt, onun fikrincə, kütləvi dezinformasiya problemini ağırlaşdırmır, dezinformasiya "axmaq yazan" insanlardan yaranır və bunun üçün AI-yə ehtiyac yoxdur. Eyni zamanda, milyarder hesab edir ki, süni intellekt gələcəkdə bəşəriyyətə dezinformasiya ilə effektiv mübarizə aparmağa kömək edəcək.
Bundan əvvəl Bill Qeyts "İndependent" qəzetinə müsahibəsində demişdi ki, süni intellekt (AI) texnologiyası cəmiyyəti bütün keçmiş elmi və texnoloji kəşflərdən qat-qat çox dəyişəcək.
Amerikalı biznesmen İlon Mask daha əvvəl bildirmişdi ki, gələcəkdə robotlar və süni intellekt insanlara istənilən mal və xidmətlər təqdim edə biləcək, iş isə insanların hobbisinə çevriləcək. Eyni zamanda, o, süni intellekt texnologiyalarının inkişafı üçün təhlükələr barədə dəfələrlə danışıb. Xüsusilə, aprel ayında Mask süni intellektin siyasi cəhətdən düzgün olması üçün öyrədilməsinin təhlükələri barədə xəbərdarlıq edərək, belə süni intellektin tolerant təsvirlər yaratmaq əvəzinə, onları reallığa çevirə, milyonlarla insanı öldürə və müxtəliflik məqsədlərinə çata biləcəyinə işarə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.