Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakıda köhnə binaların sökülməsi vətəndaşları nə dərəcədə narahat edir?

Abunə olmaq
Az pul verirlər və keyfiyyətsiz tikirlər: insanlar Bakıda köhnə binaların sökülməsi barədə nə düşünürlər?
Vətəndaşları qəzalı evlər sökülən zaman veriləcək kompensasiya məsələsi çox narahat edir.
Son zamanlar Azərbaycanda köhnə binaların sökülməsi məsələsi kəskin şəkildə aktuallaşıb. Sputnik Azərbaycan ölkə vətəndaşlarının bu barədə nə düşündüklərini öyrənmək qərarına gəlib.
Məlum olub ki, çoxları belə bir qərarı kifayət qədər məqsədəuyğun hesab edir və bu addım sayəsində paytaxtın daha da gözəlləşəcəyinə əmindirlər.
Lakin yeni tikilən binaların keyfiyyətinə tam etibar etməyən və köhnə binalara üstünlük verən skeptiklər də var.
Bundan əlavə, vətəndaşlar köhnə evlərin sökülməsi zamanı ödəniləcək kompensasiyanın qənaətbəxş olmayacağından narahatdırlar.
Ətraflı məlumat üçün videomuzu izləyə bilərsiniz.
Xəbər lenti
0