Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan beynəlxalq maliyyə qurumlarından 5 milyard dollar vəsait cəlb edə bilər - Nazir

© AP Photo / Emrah GurelDollar
Dollar - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Abunə olmaq
Maliyyə naziri bildirib ki, hazırda beynəlxalq maliyyə institutları ilə layihələrin hazırlıq prosesi, onların dəyərləndirilməsi və sair bu kimi işlər aparılır.
BAKI, 6 sentyabr — Sputnik. Xarici dövlət borcu üzrə Azərbaycanda müvafiq strategiya qəbul olunub. Həmin sənədə uyğun olaraq Azərbaycan həm daxili həm də xarici dövlət borcunu ümumi daxili məhsulun (ÜDM) müəyyən nisbətinə uyğunlaşdırmalıdır. Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov "Report"a müsahibəsində deyib.
"Xarici borcumuz əhəmiyyətli dərəcədə azalıb. Bu baxımdan hesab edirəm ki, bizdə vəziyyət hazırda olduqca qənaətbəxşdir. Bununla belə, qərar verilib ki, Azərbaycan ortamüddətli dövrdə layihə maliyyələşdirməsi üçün beynəlxalq maliyyə qurumlarından təxminən 5 milyard ABŞ dollarına qədər vəsait cəlb edə bilər. Sözsüz ki, bu, bir günə əmələ gələn iş deyil", maliyyə naziri qeyd edib.
Onun sözlərinə görə, hazırda beynəlxalq maliyyə institutları ilə layihələrin hazırlıq prosesi, onların dəyərləndirilməsi və sair bu kimi işlər aparılır:
"Bu fəaliyyətin nəticəsi olaraq müvafiq sazişlərin imzalanması nəzərdə tutulur. Enerji sisteminin gücləndirilməsi məqsədilə artıq ilkin layihələr demək olar ki, imzalanmaq üçün hazırdır. Həmin layihələrin maliyyələşdirilməsi həm Dünya Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən həyata keçiriləcək. Bu layihələrin reallaşdırılması öz növbəsində ölkənin enerji şəbəkəsinin müəyyən neqativ təsirlərə məruz qalmasının qarşısını alacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0