DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa Komissiyasının vitse-prezidenti Ermənistana niyə gedir?

© AP Photo / Francisco SecoAvropa Komissiyası
Avropa Komissiyası - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Abunə olmaq
Dialoqun məqsədi qısa müddətə Aİ ölkələrinə səfər edən Ermənistan vətəndaşları üçün əvvəlcədən vizanın alınması zərurətinin ləğvi barədə razılığa gəlməkdir.
BAKI, 6 sentyabr — Sputnik. Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Sxinas Aİ və Ermənistan arasında viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq üçün gələn həftə İrəvana səfər edəcək. Bu barədə Avropa Komissiyasının yayımladığı bəyanatda deyilir.
Aİ-nin məlumatına görə, bu dialoqun məqsədi qısa müddətə Aİ ölkələrinə səfər edən Ermənistan vətəndaşları üçün əvvəlcədən vizanın alınması zərurətinin ləğvi barədə razılığa gəlməkdir.
Eyni zamanda, AK qeyd edib ki, bunun üçün Ermənistan sərhəd təhlükəsizliyi, miqrasiya, səyahətlə bağlı fundamental hüquq və azadlıqlara hörmət kimi əsas istiqamətlərdə islahatlar aparmalı olacaq. Üstəlik, Aİ-nin digər ölkələrlə təcrübəsinə uyğun olaraq, bu cür danışıqlar bir neçə il davam edəcək.
İyulda Aİ xarici işlər nazirləri Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0