Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AQTA idxal olunan bioloji aktiv qida məhsullarında xeyli uyğunsuzluq aşkarlayıb

© iStock.com / Andrey BukreevBioloji aktiv qida məhsulları
Bioloji aktiv qida məhsulları - Sputnik Azərbaycan, 1920, 06.09.2024
Abunə olmaq
Bioloji aktiv qida məhsullarını qəbul etməzdən əvvəl tərkibləri haqqında məlumat əldə etmək tövsiyə olunur.
BAKI, 6 sentyabr — Sputnik. Son dövrlər ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının Agentlik tərəfindən ekspertizası zamanı məhsulların tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması, o cümlədən bir bioloji aktiv qida məhsulunun tərkibində qadağan olunmuş inqrediyent (tadalafil) aşkarlanması müəyyən edilib.
Bununla bağlı, uyğunsuzluq müəyyən edilən istehsalçı müəssisələrin 2024-cü il sentyabrın 9-dan etibarən həmin məhsullarının ixracının məhdudlaşdırılması və sertifikatlaşdırılmanın dayandırılması, eyni zamanda, bu müəssisələrdə həyata keçiriləcək sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilməsi məqsədilə istehsalçı ölkələrin müvafiq qurumuna rəsmi qaydada müraciət olunub.
Tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması ilə bağlı uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsullarının istehsalçılarına aşağıdakı linkdən baxmaq olar: https://afsa.gov.az/az/xeberler/idxal-olunan-bioloji-aktiv-qida-mehsullarinda-uygunsuzluqlarin-askarlanmasi-hallari-artib
Xatırladaq ki, bioloji aktiv qida məhsulları qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulan qida məhsullarıdır. Tərkibləri qidalandırıcı, fizioloji təsirə malik olan nutriyent və digər bioloji aktiv maddələrdən ibarətdir. Kapsul, tablet, ampul, damcı və digər analoji formada olmaları bəzən dərman təəssüratı yaratsa da, bu məhsullar dərman vasitəsi deyil, xəstəliklərin müalicəsində istifadə edilə bilməz. İstifadə edərkən, gündəlik qəbuletmə dozasına diqqət edilməlidir.
Bioloji aktiv qida məhsullarını qəbul etməzdən əvvəl tərkibləri haqqında məlumat əldə etmək tövsiyə olunur. Qanunvericiliyə əsasən, həmin məhsulların qablaşdırmasında bioloji aktiv qida məhsullu olduğu, istifadə qaydası, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin miqdarı və istehsalçı tərəfindən tövsiyə edilən sutkalıq doza miqdarı göstərilməlidir.
Qablaşdırılmada əmtəə nişanı ilə yanaşı, tövsiyə olunan yaş aralığı da öz əksini tapmalıdır. Aldığınız bioloji aktiv qida məhsullarını qablaşdırmada göstərilən şərtlər daxilində saxlamaq vacibdir.
Unutmaq olmaz ki, bioloji aktiv qida məhsulları normal qidalanmanı əvəz etmir.
Qeyd edək ki, bioloji aktiv qida məhsullarının emalı və dövriyyəsinə yalnız dövlət qeydiyyatı aparıldıqdan sonra icazə verilir. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının ölkə ərazisində dövriyyəsi isə qadağandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0