Tarixdə bu gün: 5 sentyabr – FOTO
© Sputnik / Elnur Salayev5 sentyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 5 sentyabr — Sputnik. Sentyabrın 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 5-də kimlər anadan olub?
Siyavuş Aslan (1935-2013) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Əhməd haradadır", "Romeo, mənim qonşumdur", "Belə lazımdır" və s. filmlərdə rol alıb.
Cakomo Meyerber (1791-1864) - alman və fransız bəstəkarıdır ("İblis Robert", "Huqenotlar", "Peyğəmbər" operaları). Onun bir sıra əsərləri 19-cu əsrin birinci yarısında Fransada yaranmış "böyük opera" janrında yaradılıb.
Freddi Merkuri(1946-1991) - Böyük Britaniya rok müğənnisi, bəstəkar və mahnı müəllifidir. O, daha çox "Queen" qrupunun solisti kimi tanınır. Merkyuri parlaq səhnə personası və dörd oktavalıq vokal diapazonu ilə məşhurlaşıb. Mügənni "Bohemian Rhapsody", "Killer Queen", "Seven Seas of Rhye" kimi hitlərin müəllifidir.
© AP Photo / Marco Arndt, FileFreddi Merkuri
Freddi Merkuri
© AP Photo / Marco Arndt, File
Mixail Şvıdkoy (1948) - Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsidir.
© Sputnik / Murad OrujovMixail Şvıdkoy
Mixail Şvıdkoy
© Sputnik / Murad Orujov
Maykl Kiton (1951) - ABŞ aktyorudur. O, "Betmen", "Betmenin qayıdışı", "Gecə növbəsi", "Maşınlar" və s. filmlərdə rol alıb.
© Jordan Strauss / Invision / APMaykl Kiton
Maykl Kiton
© Jordan Strauss / Invision / AP
Rouz Makqouen (1973) - ABŞ aktrisası, rejissoru və müğənnisidir. O, "Qorxu planeti", "Seçilmiş", "Fəryad" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© Evan Agostin / Invision / APRouz Makqouen
Rouz Makqouen
© Evan Agostin / Invision / AP
5 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1862-ci ildə ingilis aeronavtları Qleyşer və Koksvell o vaxt üçün hava şarında 9000 metrlik rekord hündürlüyə qalxıblar.
1882-ci ildə Nyu-Yorkda ilk dəfə əmək günü qeyd olub. Nümayişdə iştirak etmək üçün 20 minə qədər kişi və qadın iş yerlərindən icazə alaraq işə getməyiblər.
2012-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən və 1979-cu ildə "yoxsulluqla mübarizə və insanlara yardım fəaliyyətinə görə"Nobel Sülh Mükafatına layiq görülən Tereza anasının vəfatı Gününə həsr olunmuş Beynəlxalq Xeyriyyə Günü məhz bu gün qeyd olunur.