Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Romada İtaliya-Azərbaycan dəyirmi masası keçirilib

© Photo : Ministry of Economy (Azerbaijan)Romada İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
Romada İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
 - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Abunə olmaq
Tədbir çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmaların iki ölkə arasında əlaqələrin daha da gücləndirəcəyi bildirilib.
BAKI, 5 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya–Azərbaycan dəyirmi masası keçirilib. Bu barədə Azərtac xəbər yayıb.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.
© Photo : Ministry of Economy (Azerbaijan)Romada İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
Romada İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
 - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Romada İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edərək, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmiz İtaliya ilə çoxşaxəli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad olunan ərazilərdə çoxsaylı İtaliya şirkətləri uğurla fəaliyyət göstərirlər. Vurğulanıb ki, dəyirmi masa çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmalar əlaqələrimizi daha da gücləndirəcək və yeni imkanlar açacaq.
Dəyirmi masada çıxış edən İtaliyanın Müəssisələr və “Made in Italy” naziri Adolfo Urso və İtaliya Sənaye Konfederasiyasının prezidenti Emanuele Orsini Azərbaycanın İtaliya ilə strateji enerji tərəfdaşlığı və ikitərəfli əlaqələrin qeyri-neft sahəsində inkişafı imkanları haqqında danışıblar.
Tədbirdə sənaye, bərpaolunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb, hər iki ölkənin şirkət nümayəndələri biznes tərəfdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə İtaliya Sənaye Konfederasiyası arasında anlaşma memorandumları imzalanıb. Hər iki tərəfi təmsil edən müxtəlif şirkətlət arasında imzalanmış sənədlər isə yeni birgə istehsal və xidmət, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0