Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Kəlbəcərin məşhur "İstisu"mineral suyunun keçmiş şöhrətini necə qaytaraq?

© Sputnik / Elvin Ahmad"İstisu" mineral suyu
İstisu mineral suyu - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Abunə olmaq
: İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək.
BAKI, 5 sentyabr — Sputnik. Nəhayət ki, 31 ildən sonra, Kəlbəcərin məşhur "İstisu"yu yenidən mağazalarımızın vitrinlərini bəzəyib. Artıq dünəndən etibarən yeni qablaşdırmada satışa çıxardılan "İstisu" alıcılarda nostalji hisslər yaradıb. Hazırda satışda "İstisu" mineral sularının 1 litri şüşə qablarda 1 manat 30 qəpiyə, 0.5 litri isə 90 qəpiyə satılır.
Bəs görəsən "İstisu"yun sovet dövründəki şöhrətinin geri qaytarılması üçün hansı işlər görülməldir?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, Kəlbəcərdə istehsal olunan mineral suyun qiymətini bazarda təlabat müəyyənləşdirəcək. N. Cəfərlinin sözlərinə görə, qiymətin rəqabətli olması isə bazardan asılıdır. Çünki, qiyməti bazar müəyyənləşdirir.
© Sputnik / Murad OrujovNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Natiq Cəfərli

""İstusu"yun yenidən satışa çıxardılması sevindiricidir. Yəqin ki, gələcəkdə bu mineral su dünya bazarına da çıxardılacaq. Hazırda dünyada elə mineral sular var ki, bir litrinin qiyməti neftin bir litrinin qiymətindən bahadır. Ona görə də, "İstisu"yun dünyaya tanıdılması işlərinə başlanılmaldır. Çünki, dünya bazarında çoxlu sayda mineral sular satılır. Güclü marketinq siyasəti qurmaqla "İstisu"yun Sovet dövründəki şöhrətini geri qaytarmaq olar", - deyə Natiq Cəfərli bildirib.

Qeyd edək ki, "İstisu" mineral sularının böyük müalicəvi əhəmiyyəti var.
© Sputnik / Elvin Ahmad"İstisu" mineral suyu
İstisu mineral suyu - Sputnik Azərbaycan, 1920, 05.09.2024
"İstisu" mineral suyu
Aİlə həkimi, terapevt Xalidə Dadaşova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "İstisu" mineral suyunun qəbulu metobolozm prosesini gücləndirir.

"Hələ sovet dövründən "İstisu" müalicəvi məqsədlə, mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilib. Mədə-bağırsağında problem olan insanlar bu mineral suyu içməklə şəfa tapırdılar. MDB ölkələrində "İstisu" mineral suyunun böyük şöhrəti vardı. Kəlbəcərdə yerləşən "İstisu" sanatoriyasına insanlar başqa ölkələrdən müalicə məqsədilə axınla gəlirdi. Çünki, "İstisu" mineral suyu orqanizmdə metobolozmi gücləndirir. Metobolizm güclü olduqda isə orqanizm sağlam olur. Bu mineral su əsasən mədə-bağırsaq sistemlərinə yaxşı təsir edir. Onun tırkibində natrium karbonat, loru dildə desək sodium var ki, bu da mədədə turşuluğun azalmasına kömək edir. Mədə- bağırsaq xəstəliklərinin müalicəsi üçün "İstisu" mineral suyu böyük müalicəvi əhəmiyyət daşıyır", - deyə Xalidə Dadaşova söyləyib.

© Photo : Courtesy of Khalida DadashovaAilə həkimi Xalidə Dadaşova
Ailə həkimi Xalidə Dadaşova - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Ailə həkimi Xalidə Dadaşova
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər.
"İstisu" mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.
Onu da qeyd edək ki, 1976-ci ildən etibarən Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. Bununla da nadir və faydalı mineral tərkibə malik "İstisu" təbii mineral suyu geniş coğrafiyada şöhrət tapıb.
Prezident İlham Əliyev zavodu işə salıb. Mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan "İstisu" mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. Lakin, torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində "İstisu" təbii mineral suyunun istehsalı dayanıb.
Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb. Dövlətimizin başçısı və birinci xanım zavodda istehsal prosesi ilə tanış olublar.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər
Bildirilib ki, "İstisu" mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın "Krones" şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksək keyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. "İstisu" zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.
Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su "İstisu" - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.
"İstisu" təbii mineral su, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216–2006, İSO 9001:2015 İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.
© Sputnik / Elvin Ahmad"İstisu" mineral suyu
İstisu mineral suyu - Sputnik Azərbaycan, 1920, 05.09.2024
"İstisu" mineral suyu
İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.
"İstisu" mineral su zavodu ətraf mühitin qorunmasına da töhfə verir. Mineral su istehsalında əsas səylər uzunmüddətli uğur və rifahın əsasını təşkil edən resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Bu gün zavodun əsas məqsədi ətraf mühitə zərər vermədən yüksək keyfiyyətli məhsullar istehsal etməkdir. Bu məqsədlə zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadə etməyə imkan verən müasir texnologiyalar tətbiq olunur.
"İstisu" mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. Qaraciyər, öd kisəsi, qastrit, mədə-bağırsaq, sinir sistemi və digər xəstəliklərin müalicəsində müsbət nəticə göstərir. Elə ona görə də 1928-ci ildən "İstisu" artıq sanatoriya kimi istifadəyə başlayıb.
İstisu bulağından çıxan suyun tərkibində orqanizm üçün çox faydalı olan elektrolitlər və minerallar sayılan litium, sink, maqnezium var. Bu suyun müalicəvi əhəmiyyətini artıran onun temperaturunun 58 dərəcəyə qədər və hər litrində 7 qrama qədər digər lazımlı minerallar və elektrolitlərlə zəngin olmasıdır. İstisu mənbələrindən hər il çıxan 3 milyard 963 milyon litr suyun yalnız 2 milyon litrindən istifadə olunur və qalan hissəsi çaylara axır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İstisu qəsəbəsi - Sputnik Azərbaycan, 1920, 23.10.2023
CƏMİYYƏT
Qarabağın yerdən 60-100° C temperaturla çıxan termal suları nə vaxt sertifikat alacaq?
Xəbər lenti
0