Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət Gömrük Komitəsi "Apple"dan gələn mükafatdan rüsum alınmasına aydınlıq gətirib

© AP Photo / Mark LennihanApple
Apple - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Abunə olmaq
Qurumdan bildirilib ki, sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb.
BAKI, 5 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsi tələbənin xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunması faktı ilə bağlı açıqlama yayıb. Sputnik Azərbaycan həmin açıqlamanı təqdim edir:
Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən "Apple" markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. Araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib.
Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib.
Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple" şirkətinin hər il keçirdiyi "Swift Student Challenge" kodlaşdırma yarışının builki qaliblərindən biri olub.
Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0