DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin və Rusiyanın geniş əməkdaşlıq perspektivləri var - Çin sədrinin müavini

© AP Photo / Mark SchiefelbeinÇin və Rusiya
Çin və Rusiya - Sputnik Azərbaycan, 1920, 05.09.2024
Abunə olmaq
Çin rəsmisinin sözlərinə görə, hökumət hər zaman Uzaq Şərq və bütövlükdə Rusiya iqtisadiyyatına sərmayə qoyan müəssisələri dəstəkləyir.
BAKI, 5 sentyabr — Sputnik. Rusiyanın Uzaq Şərqi mədənçıxarma, kənd təsərrüfatı, energetika və digər sənaye sahələrində əməkdaşlıq üçün yaxşı potensiala malikdir. Bunu Çin sədrinin müavini Han Çjen Şərq İqtisadi Forumunun (ŞİF) plenar sessiyası zamanı deyib.

"Rusiyanın Uzaq Şərqi əməkdaşlıq üçün yaxşı potensiala malikdir. Bura nəqliyyat, logistika, kənd təsərrüfatı, su idarəçiliyi, energetika və mədənçıxarma sahələri daxildir", - Han Çjen qeyd edib.

ÇXR rəsmisi Çin və Rusiyanın geniş əməkdaşlıq perspektivləri olduğunu bildirib. Onun sözlərinə görə, hökumət hər zaman Uzaq Şərq və bütövlükdə Rusiya iqtisadiyyatına sərmayə qoyan müəssisələri dəstəkləyir.

"Çin hökuməti dövlət və ya özəl şirkətlərə fərq qoymadan dünya iqtisadiyyatına, Uzaq Şərq iqtisadiyyatına, Rusiya iqtisadiyyatına sərmayə yatırmaq üçün həmişə dəstək verir, buna görə də bizim əməkdaşlıq üçün çox geniş perspektivlərimiz var", - Han Çjen deyib.

Şərq İqtisadi Forumu 3-6 sentyabr tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. Sputnik EEF-2024-ün baş informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0