https://sputnik.az/20240905/bioloji-aktiv-qida-mehsullari-ile-bagli-monitorinqler-aparilib-467199936.html
Bioloji aktiv qida məhsulları ilə bağlı monitorinqlər aparılıb
Bioloji aktiv qida məhsulları ilə bağlı monitorinqlər aparılıb
Sputnik Azərbaycan
Müayinələr nəticəsində 2 şirkətin idxal etdiyi 3 məhsul nümunəsində BAQM-ə xas olmayan və yalnız dərman vasitələrində mövcud olan kənar maddələr aşkarlanıb. 05.09.2024, Sputnik Azərbaycan
2024-09-05T17:25+0400
2024-09-05T17:25+0400
2024-09-05T17:50+0400
qida
cəmiyyət
əlavə
bioloji
aktiv
maddə
azərbaycan
aqta
https://cdnn1.img.sputnik.az/img/07e8/09/05/467199914_0:160:3072:1888_1920x0_80_0_0_c6ea53d6b0786643ee8c8780a78ab572.jpg
BAKI, 5 sentyabr — Sputnik. Bioloji aktiv qida məhsullarında kənar maddələrə dair Monitorinq Planına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən bioloji aktiv qida məhsullarının (BAQM) satışı həyata keçirilən apteklərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparılıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, monitorinqlər çərçivəsində 29 ədəd BAQM-dən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında tərkibində qadağan olunmuş kənar maddələrin təyini üzrə müayinələrə cəlb edilib. Müayinələr nəticəsində 2 şirkətin idxal etdiyi 3 məhsul nümunəsində BAQM-ə xas olmayan və yalnız dərman vasitələrində mövcud olan kənar maddələr aşkarlanıb. Bununla əlaqədar, uyğunsuzluq aşkar edilmiş məhsulları idxal edən müəssisələrdə Agentlik tərəfindən yoxlamalar keçirilib.Belə ki, "Kenzo Man" və "Sessoday" əmtəə nişanlı məhsulları idxal edən "Bion Medical" MMC-də keçirilmiş plandankənar yoxlama zamanı sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb və anbarda mövcud olan 1046 ədəd "Sessoday" əmtəə nişanlı BAQM-in satışının qadağan edilməsi, həmin məhsulların dövriyyədən çıxarılması və aptek şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib və icra üçün sahibkara təqdim olunub. Sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb. Eyni zamanda, "Klavin Platinum" əmtəə nişanlı məhsulu idxal edən "Miral" MMC-də Agentlik tərəfindən plandankənar yoxlamanın aparılması üzrə prosedurlar icra olunmaqdadır. Bundan əlavə, Agentlik tərəfindən aptek şəbəkələrinin rəhbərlərinə bu məhsulların satışdan kənarlaşdırılaraq idxalçı (təchizatçı) müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb. Uyğunsuzluq aşkar edilmiş məhsullarla AQTA-nın saytında tanış olmaq mümkündür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/05/467199914_171:0:2902:2048_1920x0_80_0_0_0273f532f274eda4df58ba414e369392.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qida, əlavə, bioloji, aktiv, maddə, azərbaycan, aqta
qida, əlavə, bioloji, aktiv, maddə, azərbaycan, aqta
Bioloji aktiv qida məhsulları ilə bağlı monitorinqlər aparılıb
17:25 05.09.2024 (Yenilənib: 17:50 05.09.2024) Müayinələr nəticəsində 2 şirkətin idxal etdiyi 3 məhsul nümunəsində BAQM-ə xas olmayan və yalnız dərman vasitələrində mövcud olan kənar maddələr aşkarlanıb.
BAKI, 5 sentyabr — Sputnik. Bioloji aktiv qida məhsullarında kənar maddələrə dair Monitorinq Planına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən bioloji aktiv qida məhsullarının (BAQM) satışı həyata keçirilən apteklərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, monitorinqlər çərçivəsində 29 ədəd BAQM-dən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında tərkibində qadağan olunmuş kənar maddələrin təyini üzrə müayinələrə cəlb edilib.
Müayinələr nəticəsində 2 şirkətin idxal etdiyi 3 məhsul nümunəsində BAQM-ə xas olmayan və yalnız dərman vasitələrində mövcud olan kənar maddələr aşkarlanıb.
Bununla əlaqədar, uyğunsuzluq aşkar edilmiş məhsulları idxal edən müəssisələrdə Agentlik tərəfindən yoxlamalar keçirilib.
Belə ki, "Kenzo Man" və "Sessoday" əmtəə nişanlı məhsulları idxal edən "Bion Medical" MMC-də keçirilmiş plandankənar yoxlama zamanı sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb və anbarda mövcud olan 1046 ədəd "Sessoday" əmtəə nişanlı BAQM-in satışının qadağan edilməsi, həmin məhsulların dövriyyədən çıxarılması və aptek şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib və icra üçün sahibkara təqdim olunub. Sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb.
Eyni zamanda, "Klavin Platinum" əmtəə nişanlı məhsulu idxal edən "Miral" MMC-də Agentlik tərəfindən plandankənar yoxlamanın aparılması üzrə prosedurlar icra olunmaqdadır.
Bundan əlavə, Agentlik tərəfindən aptek şəbəkələrinin rəhbərlərinə bu məhsulların satışdan kənarlaşdırılaraq idxalçı (təchizatçı) müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.
Uyğunsuzluq aşkar edilmiş məhsullarla AQTA-nın saytında tanış olmaq mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.