Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan iqtisadiyyatı 7 ayda necə dəyişib?

Abunə olmaq
Cari ilin yeddi ayı ərzində Azərbaycanda 37,3 milyard manat məbləğində sənaye məhsulu istehsal edilib. Ölkə iqtisadiyyatının necə dəyişdiyi barədə daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatı 4,5% artıb. Qeyd edilən dövrdə ölkənin ümumi daxili məhsulunun (ÜDM) həcmi 70,544 milyard manat təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2%, qeyri-neft-qaz sektorunda isə 6,7% artıb.
Bu ilin yanvar-iyul aylarında adambaşına düşən ÜDM 6,921 min manat təşkil edib.
2024-cü ilin yeddi ayı ərzində Azərbaycanda 37,3 milyard manat dəyərində sənaye məhsulu istehsal edilib. Eyni zamanda, neft-qaz sektorunda istehsalın artımı 1,1%, qeyri-neft-qaz sektorunda isə 8% təşkil edib.
Cari ilin yanvar-iyul aylarında əsas kapitala 9,4 milyard manat investisiya qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2%çoxdur.
Xəbər lenti
0