https://sputnik.az/20240905/a-olkelerinde-dovlet-borcu-ne-qeder-artib-467207641.html
Aİİ ölkələrində dövlət borcu nə qədər artıb?
Aİİ ölkələrində dövlət borcu nə qədər artıb?
Sputnik Azərbaycan
Ermənistan və Qırğızıstanın dövlət borcunun strukturunda xarici borc, Qazaxıstan və Rusiyada isə daxili borc üstünlük təşkil edir. 05.09.2024, Sputnik Azərbaycan
2024-09-05T20:15+0400
2024-09-05T20:15+0400
2024-09-05T20:15+0400
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
rusiya
qazaxıstan
dövlət borcu
xarici
ölkə
qırğızıstan
ermənistan
faiz
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621857_0:156:3086:1892_1920x0_80_0_0_252acdd4cefb685ebcefb001d87b24e4.jpg
BAKI, 5 sentyabr - Sputnik. İyulun 1-nə Belarus istisna olmaqla, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin ümumi dövlət borcu 15,9 milyard dollar artaraq 383,6 milyard dollara çatıb. Üstəlik, artım məhz daxili borcun artması hesabına təmin edilib, Aİİ ölkələrinin xarici borcları isə 5,61% və ya 4,7 milyard dollar azalaraq 79,1 milyard dollar təşkil edib.İl ərzində xarici borcunu ən çox bu ölkələr azaldıb:Cari ilin birinci yarısında ittifaqa üzv olan bütün ölkələrdə daxili borc artıb. Belə ki, Qazaxıstanda artım 0,43%, Rusiyada 8,02% təşkil edib. Daxili borcun ən güclü artımını Ermənistan və Qırğızıstan göstərib - müvafiq olaraq 25,5% və 58,33%.Burada vacib məqam Ermənistan və Qırğızıstanın dövlət borcunun strukturunda xarici borcun, Qazaxıstan və Rusiyada isə daxili borcun üstünlük təşkil etməsidir.Belə ki, Ermənistanda xarici borclanmalar 51,4% təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz bəndi azdır. Qırğızıstanda isə bu göztərici 70,8%-dir (75 faiz bəndi azalma).Qazaxıstan və Rusiyada dövlət borcunda daxili borc müvafiq olaraq 75,1% və 82,5% təşkil edir.Bundan başqa, hər iki ölkədə daxili borcun payı, Qazaxıstan Respublikasında 1,7 faiz bəndi, Rusiya Federasiyasında 2 faiz bəndi artıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460621857_178:0:2909:2048_1920x0_80_0_0_7cd56e12e85ffb11128c2b9db278b7d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
avrasiya iqtisadi ittifaqı, rusiya, qazaxıstan, dövlət borcu, xarici, ölkə, qırğızıstan, ermənistan, faiz, artım, azalma
avrasiya iqtisadi ittifaqı, rusiya, qazaxıstan, dövlət borcu, xarici, ölkə, qırğızıstan, ermənistan, faiz, artım, azalma
Aİİ ölkələrində dövlət borcu nə qədər artıb?
Ermənistan və Qırğızıstanın dövlət borcunun strukturunda xarici borc, Qazaxıstan və Rusiyada isə daxili borc üstünlük təşkil edir.
BAKI, 5 sentyabr - Sputnik. İyulun 1-nə Belarus istisna olmaqla, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin ümumi dövlət borcu 15,9 milyard dollar artaraq 383,6 milyard dollara çatıb. Üstəlik, artım məhz daxili borcun artması hesabına təmin edilib, Aİİ ölkələrinin xarici borcları isə 5,61% və ya 4,7 milyard dollar azalaraq 79,1 milyard dollar təşkil edib.
İl ərzində xarici borcunu ən çox bu ölkələr azaldıb:
Qırğızıstan - 0,69% azaldıb.
Cari ilin birinci yarısında ittifaqa üzv olan bütün ölkələrdə daxili borc artıb. Belə ki, Qazaxıstanda artım 0,43%, Rusiyada 8,02% təşkil edib. Daxili borcun ən güclü artımını Ermənistan və Qırğızıstan göstərib - müvafiq olaraq 25,5% və 58,33%.
Burada vacib məqam Ermənistan və Qırğızıstanın dövlət borcunun strukturunda xarici borcun, Qazaxıstan və Rusiyada isə daxili borcun üstünlük təşkil etməsidir.
Belə ki, Ermənistanda xarici borclanmalar 51,4% təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz bəndi azdır. Qırğızıstanda isə bu göztərici 70,8%-dir (75 faiz bəndi azalma).
Qazaxıstan və Rusiyada dövlət borcunda daxili borc müvafiq olaraq 75,1% və 82,5% təşkil edir.
Bundan başqa, hər iki ölkədə daxili borcun payı, Qazaxıstan Respublikasında 1,7 faiz bəndi, Rusiya Federasiyasında 2 faiz bəndi artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.