https://sputnik.az/20240905/20-yanvar-metrosu-etrafinda-neqliyyat-xaosu-manatliq-taksisiz-olmur-467164127.html
"20 Yanvar" metrosu ətrafında nəqliyyat xaosu-"Manatlıq taksi"siz olmur!
"20 Yanvar" metrosu ətrafında nəqliyyat xaosu-"Manatlıq taksi"siz olmur!
Sputnik Azərbaycan
Ekspert Ərşad Hüseynov deyir ki, "20 Yanvar" metrostansiyası ətrafında nəqliyyat probleminin yaranmasına səbəb, nə avtobus zolağıdır, nə də "qanunsuz"... 05.09.2024, Sputnik Azərbaycan
2024-09-05T09:27+0400
2024-09-05T09:27+0400
2024-09-05T09:27+0400
yanvar
cəmiyyət
memar əcəmi
sumqayıt
bakı-sumqayıt
sərnişindaşıma
taksi
taksi xidməti
qanunsuz taksi fəaliyyəti
ərşad hüseynov
https://cdnn1.img.sputnik.az/img/42398/37/423983737_0:0:1920:1080_1920x0_80_0_0_0511a2de217c4c97ec0aeed861c2da02.jpg
BAKI, 5 sentyabr — Sputnik. Sumqayıtdan Bakıya və əks istiqamətə sərnişinlərin vağzaldan-vağzala daşınması yalnış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən, bu iki şəhər vahid aqlomerasiyadır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov söyləyib."20 Yanvar" ərazisində xaos Ekspert Tbilisi prospektində avtobus zolağı yaradıldıqdan sonra iki gündür ki, "20 Yanvar" metrostansiyası ətrafında hökm sürən xaosun səbəblərini açıqlayıb. Bildirib ki, "manatlıq taksi" adlandırılan qanunsuz sərnişindaşımaya rəvac verən amil Bakı-Sumqayıt arasında birbaşa qanuni sərnişindaşımanın təşkil olunmamasıdır. Artıq iki gündür, Tbilisi prospektində avtobus zolağının yaradılması "20 Yanvar" metrostansiyasının ətrafında "manatlıq" taksilərin yığışdırılmasına səbəb olub. Belə ki, zolaqda dayanan taksilər 100 manat məbləğində cərimələndiklərindən, onlar metro ətrafından sərnişin götürə bilmirlər. Yaranmış vəziyyət, sərnişinlər üçün də problem yaradıb. Pik saatlarda Xırdalan, Masazır, Sumqayıt istiqamətinə gedən sərnişinlər ciddi nəqliyyat problemi yaşayırlar. AYNA sərnişinləri avtovağzala yönəldir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan əsasən Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olurdu və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı: "Tbilisi prospektinin "20 Yanvar" metro stansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. "20 Yanvar" metro stansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Belə ki, bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli avtobuslar hərəkət edir. Paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin imkanlarından yararlana bilərlər".Qurum qeyd edib ki, məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspres avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir. Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə müasir və komfortlu "Neoplan"larla yola düşə bilərlər. Qurumdan onu da bildiriblər ki, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir. Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Avtovağzal" metro stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər. Bakı ilə Sumqayıt arasında birbaşa sərnişindaşıma bərpa edilməlidir! Ekspert Ərşad Hüseynov isə deyir ki, "20 Yanvar" metrostansiyası ətrafında nəqliyyat probleminin yaranmasına səbəb, nə avtobus zolağıdır, nə də "qanunsuz" sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslar: "Problem məsələnin həllinə yanaşmalardakı və baxışlardakı səhvlərdir. Bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası kimi baxılmalıdır. On minlərlə, bəkə də yüz mindən çox insan mütəmadi olaraq hər gün bu iki şəhər arasında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s. Müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün iki çox ciddi amili nəzərə alır: səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul).Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arsında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin. Özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən iki saata, səfər qiymətini isə iki manata yaxınlaşdırır. Deməli, bu çox səmərəsiz və insanları qaçırdan bir üsuldur. Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə, o cümlədən "20 Yanvar" stansiyasının yanına və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarla marşrutlar yaradılmalıdır". Ekspert bildirir ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat fəaliyyət göstərib. İndi isə bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır. Bu iki şəhər arsında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır: "İndiki vəziyyətdə "qanunsuz" adlandırılan taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın yükünü çəkir. Belə yanaşma davam etdıkcə də onlara tələbat da qalacaq. Onları kimsə "20 Yanvar" stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar. Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin "qanunsuz" dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq". Sərnişinlər avtovağzallardan niyə imtina edir? Hər gün Bakıdan Sumqayıta və əks istiqamətə işə gedib-gələn Həqiqət Mirzəyeva da "manatlıq" taksilərə böyük ehtiyac olduğunu söyləyir. Sərnişin deyir ki, Sumqayıtdan Bakıya işə avtovağzaldan gəlmək ona sərf etmir. Bu halda o, evdən avtovağzala gəlməyə bir avtobusdan, avtovağzaldan Bakı avtovağzalına gəlmək üçün isə daha bir avtobusdan istifadə etməlidir. Bundan sonra isə "Avtovağzal metrostansiyası"na minməlidir. "Belə çıxır ki, bizim vaxtımız ancaq avtobus gözləməyə getməlidir. Sumqayıtda bazara yaxın yerdə "manatlıq" taksilərə iki manat ödəyib işə gəlmək bizə daha rahat və sərfəlidir. Avtobusla gələndə bundan da çox pulumuz çıxır. Həm də yollarda vaxt itiririk. "Avtovağzal metrostansiya"sını elə inşa ediblər ki, "Memar Əcəmi" stansiyasına keçmək üçün neçə mərtəbə çıxıb xeyli məsafə qət etmək lazımdır. Ona görə də hamı "manatlıq" taksilərlə gedib-gəlir. Zolaq çəkiləndən "manatlıq" taksiləri tapmaq üçün ətrafdakı binaların həyətlərini gəzirik. Bakıdan Sumqayıta, yaxud əks istiqamətə birbaşa Sumqayıtın bir neçə yerindən avtobuslar təşkil olunsa "manatlıq" taksi axtarmarıq" - sərnişin bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42398/37/423983737_240:0:1680:1080_1920x0_80_0_0_2903c2a264bf2f31342b92a26263616c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yanvar, memar əcəmi, sumqayıt, bakı-sumqayıt, sərnişindaşıma, taksi, taksi xidməti, qanunsuz taksi fəaliyyəti, ərşad hüseynov, hüquqşünas ərşad hüseynov
yanvar, memar əcəmi, sumqayıt, bakı-sumqayıt, sərnişindaşıma, taksi, taksi xidməti, qanunsuz taksi fəaliyyəti, ərşad hüseynov, hüquqşünas ərşad hüseynov
"20 Yanvar" metrosu ətrafında nəqliyyat xaosu-"Manatlıq taksi"siz olmur!
Ekspert Ərşad Hüseynov deyir ki, "20 Yanvar" metrostansiyası ətrafında nəqliyyat probleminin yaranmasına səbəb, nə avtobus zolağıdır, nə də "qanunsuz" sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslar.
BAKI, 5 sentyabr — Sputnik. Sumqayıtdan Bakıya və əks istiqamətə sərnişinlərin vağzaldan-vağzala daşınması yalnış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən, bu iki şəhər vahid aqlomerasiyadır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov söyləyib.
"20 Yanvar" ərazisində xaos
Ekspert Tbilisi prospektində avtobus zolağı yaradıldıqdan sonra iki gündür ki, "20 Yanvar" metrostansiyası ətrafında hökm sürən xaosun səbəblərini açıqlayıb. Bildirib ki, "manatlıq taksi" adlandırılan qanunsuz sərnişindaşımaya rəvac verən amil Bakı-Sumqayıt arasında birbaşa qanuni sərnişindaşımanın təşkil olunmamasıdır.
Artıq iki gündür, Tbilisi prospektində avtobus zolağının yaradılması "20 Yanvar" metrostansiyasının ətrafında "manatlıq" taksilərin yığışdırılmasına səbəb olub. Belə ki, zolaqda dayanan taksilər 100 manat məbləğində cərimələndiklərindən, onlar metro ətrafından sərnişin götürə bilmirlər. Yaranmış vəziyyət, sərnişinlər üçün də problem yaradıb. Pik saatlarda Xırdalan, Masazır, Sumqayıt istiqamətinə gedən sərnişinlər ciddi nəqliyyat problemi yaşayırlar.
AYNA sərnişinləri avtovağzala yönəldir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin pərakəndə və xaotik dayanması, eləcə də paytaxtdan əsasən Sumqayıt şəhəri istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Tbilisi prospektinin bu hissəsində günün istənilən saatında ciddi tıxaclara səbəb olurdu və müntəzəm avtobus marşrutlarının fəaliyyətinə maneə yaradırdı:
"Tbilisi prospektinin "20 Yanvar" metro stansiyası istiqamətində xüsusi hərəkət zolağının təşkili ilə ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb. "20 Yanvar" metro stansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Belə ki, bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli avtobuslar hərəkət edir. Paytaxtdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin imkanlarından yararlana bilərlər".
Qurum qeyd edib ki, məhz buradan iki şəhərin avtovağzalını birləşdirən komfortlu ekspres avtobuslar 11 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir. Təhlillərə əsasən, zolaqla hərəkət edən avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə təşkil edir. Vətəndaşlar Sumqayıta daha tez çatmaq üçün bir dayanacaq irəli getməklə müasir və komfortlu "Neoplan"larla yola düşə bilərlər.
Qurumdan onu da bildiriblər ki, ekspres avtobuslarla yanaşı, Bakı-Sumqayıt istiqamətində gündəlik olaraq müntəzəm marşrut xətləri üzrə 21 avtobus da sərnişinlərə xidmət göstərir. Sumqayıt şəhərinin müxtəlif ərazilərindən yola düşən avtobusların son dayanacağı da Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Avtovağzal" metro stansiyasıdır. Sərnişinlər avtovağzal ərazisindəki Nəqliyyat Mübadilə Mərkəzindən avtobuslarla Bakının istənilən nöqtəsinə də gedə bilərlər.
Bakı ilə Sumqayıt arasında birbaşa sərnişindaşıma bərpa edilməlidir!
Ekspert Ərşad Hüseynov isə deyir ki, "20 Yanvar" metrostansiyası ətrafında nəqliyyat probleminin yaranmasına səbəb, nə avtobus zolağıdır, nə də "qanunsuz" sərnişindaşımada istifadə edilən taksilər və mikroavtobuslar:
"Problem məsələnin həllinə yanaşmalardakı və baxışlardakı səhvlərdir. Bu iki şəhər arasında təkcə vağzaldan-vağzala sərnişindaşıma yanlış yanaşmadır. Sumqayıtın şəhər kimi tikildiyi ilk illərdən bu iki şəhər vahid aqlomerasiyadır. Deməli, onlara həm də vahid mobillik zonası kimi baxılmalıdır. On minlərlə, bəkə də yüz mindən çox insan mütəmadi olaraq hər gün bu iki şəhər arasında gedib-gəlir. Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, təhsil alırlar və s. Müasir şəhərdə yaşayan insan gündəlik həyatında mobilliyini təmin etmək üçün iki çox ciddi amili nəzərə alır: səyahətə (gediş-gəlişə) sərf etdiyi vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul).
Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Tərslikdən hər iki şəhərin avtovağzalı bir-birinə tərəf ən yaxın çıxışda yerləşir. Bu üsulla Bakı-Sumqayıt arsında gedib-gələn hər kəs məcburdur ki, hər iki şəhərin daxili nəqliyyatından da istifadə etsin. Özü də bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişməklə. Bu isə orta statistik sərnişinin bu iki şəhər arasındakı səfər müddətini bəzən iki saata, səfər qiymətini isə iki manata yaxınlaşdırır. Deməli, bu çox səmərəsiz və insanları qaçırdan bir üsuldur. Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə, o cümlədən "20 Yanvar" stansiyasının yanına və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Sərnişin axını, infrastruktur araşdırılmaqla müxtəlif tutumlu avtobuslarla marşrutlar yaradılmalıdır".
Ekspert bildirir ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat fəaliyyət göstərib. İndi isə bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır. Bu iki şəhər arsında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır:
"İndiki vəziyyətdə "qanunsuz" adlandırılan taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın yükünü çəkir. Belə yanaşma davam etdıkcə də onlara tələbat da qalacaq. Onları kimsə "20 Yanvar" stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar. Bakının şimalındakı qəsəbələrə və Xırdalana gedənlərin isə ən böyük problemi avtobus çatışmazlığı, avtobusların qeyri-dəqiq qrafiklə işləməsi, mövcud avtobusların çoxunun ən aşağı komfortda olmasıdır. Bu problemlər həll edilsə, həmin qəsəbələrə və Xırdalana gedib-gələnlərin "qanunsuz" dediyiniz taksilərə və mikroavtobuslara ehtiyacı qalmayacaq".
Sərnişinlər avtovağzallardan niyə imtina edir?
Hər gün Bakıdan Sumqayıta və əks istiqamətə işə gedib-gələn Həqiqət Mirzəyeva da "manatlıq" taksilərə böyük ehtiyac olduğunu söyləyir. Sərnişin deyir ki, Sumqayıtdan Bakıya işə avtovağzaldan gəlmək ona sərf etmir. Bu halda o, evdən avtovağzala gəlməyə bir avtobusdan, avtovağzaldan Bakı avtovağzalına gəlmək üçün isə daha bir avtobusdan istifadə etməlidir. Bundan sonra isə "Avtovağzal metrostansiyası"na minməlidir.
"Belə çıxır ki, bizim vaxtımız ancaq avtobus gözləməyə getməlidir. Sumqayıtda bazara yaxın yerdə "manatlıq" taksilərə iki manat ödəyib işə gəlmək bizə daha rahat və sərfəlidir. Avtobusla gələndə bundan da çox pulumuz çıxır. Həm də yollarda vaxt itiririk. "Avtovağzal metrostansiya"sını elə inşa ediblər ki, "Memar Əcəmi" stansiyasına keçmək üçün neçə mərtəbə çıxıb xeyli məsafə qət etmək lazımdır. Ona görə də hamı "manatlıq" taksilərlə gedib-gəlir. Zolaq çəkiləndən "manatlıq" taksiləri tapmaq üçün ətrafdakı binaların həyətlərini gəzirik. Bakıdan Sumqayıta, yaxud əks istiqamətə birbaşa Sumqayıtın bir neçə yerindən avtobuslar təşkil olunsa "manatlıq" taksi axtarmarıq" - sərnişin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.