https://sputnik.az/20240904/vetendasin-dusduyu-quyu-hansi-quruma-mexsusdur-video-467160495.html
Vətəndaşın düşdüyü quyu hansı quruma məxsusdur? Video
Vətəndaşın düşdüyü quyu hansı quruma məxsusdur? Video
Sputnik Azərbaycan
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin quyu fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur. 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T17:26+0400
2024-09-04T17:26+0400
2024-09-04T17:26+0400
vətəndaş
azərbaycan xəbərləri
su
quyu
su quyusu
yasamal
https://cdnn1.img.sputnik.az/img/07e8/04/03/463688520_0:160:3072:1888_1920x0_80_0_0_31bec19b614b278f2f9a625c4714896c.jpg
BAKI, 4 sentyabr — Sputnik. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti Masallı rayonundan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət aldığı ilə bağlı məlumata münasibət bildirib. Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon sukanal idarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, "kanalizasiya quyusu" kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur. Qeyd edək ki, yayılmış məlumatda hadisənin 3 sentyabr günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verdiyi bildirilirdi. Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/03/463688520_171:0:2902:2048_1920x0_80_0_0_de99fee3e1fa361d3222f923e5b2aff1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vətəndaş, su, quyu, su quyusu, yasamal
vətəndaş, su, quyu, su quyusu, yasamal
Vətəndaşın düşdüyü quyu hansı quruma məxsusdur? Video
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin quyu fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur.
BAKI, 4 sentyabr — Sputnik. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti Masallı rayonundan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət aldığı ilə bağlı məlumata münasibət bildirib.
Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon sukanal idarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, "kanalizasiya quyusu" kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, yayılmış məlumatda hadisənin 3 sentyabr günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verdiyi bildirilirdi. Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.