Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

TƏBİB-dən baş verən ağır qəza ilə bağlı açıqlama

© iStock.com / Bilanolqəza
qəza  - Sputnik Azərbaycan, 1920, 04.09.2024
Abunə olmaq
Nizami rayonunun Elşən Süleymanov küçəsində "Hyundai Elantra" markalı avtomobilin hərəkətdə olan motosikleti vurması ilə bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılmışdı.
BAKI, 4 sentyabr — Sputnik. Ötən gün Bakının Nizami rayonunun Elşən Süleymanov, 120 ünvanında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Qurumdan Sputnik Azərbaycan-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.09.2024-cü il tarixində saat 21:07-də Bakının Nizami rayonu, Elşən Süleymanov küçəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 17 və 19 yaşlı 2 nəfər (kişi cinsli) müştərək travmalarla Elmi-Tədqiqat Travmatologiya İnstitutuna hospitalizasiya olunub", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Nizami rayonunun Elşən Süleymanov küçəsində "Hyundai Elantra" markalı avtomobilin hərəkətdə olan motosikleti vurması ilə bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0