https://sputnik.az/20240904/revandan-neqliyyat-kommunikasiyalari-ile-bagli-teklif-467159034.html
İrəvandan nəqliyyat kommunikasiyaları ilə bağlı təklif
İrəvandan nəqliyyat kommunikasiyaları ilə bağlı təklif
Sputnik Azərbaycan
Şirkətlər kommunikasiyanı təhlükəsizlik baxımından qoruyacaqlar, vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək. 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T18:24+0400
2024-09-04T18:24+0400
2024-09-04T18:23+0400
irəvan
dünya xəbərləri
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova
bakı
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/18/458932406_0:0:3077:1731_1920x0_80_0_0_6cd90842b6d373360c07dc14573af952.jpg
BAKI, 4 sentyabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirirlər. Bu barədə parlamentdə jurnalistlərə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib. Onun sözlərinə görə, şirkətlər kommunikasiyanı təhlükəsizlik baxımından qoruyacaqlar, vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək. Qurum rəsmisi eyni zamanda qeyd edib ki, bu barədə əlavə məlumat yoxdur. Xatırladaq ki, Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirmişdi ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur. "Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar [Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı] çərçivəsində həyata keçirilir" - o, bildirib. M.Zaxarovanın sözlərinə görə, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya yaxşı məlumdur. "Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik" – o, əlavə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/18/458932406_128:0:2857:2047_1920x0_80_0_0_c44a3562f563ec89b16744f2d796c59f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
irəvan, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, bakı, ermənistan
irəvan, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, bakı, ermənistan
İrəvandan nəqliyyat kommunikasiyaları ilə bağlı təklif
Şirkətlər kommunikasiyanı təhlükəsizlik baxımından qoruyacaqlar, vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək.
BAKI, 4 sentyabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirirlər. Bu barədə parlamentdə jurnalistlərə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.
Onun sözlərinə görə, şirkətlər kommunikasiyanı təhlükəsizlik baxımından qoruyacaqlar, vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək.
Qurum rəsmisi eyni zamanda qeyd edib ki, bu barədə əlavə məlumat yoxdur.
Xatırladaq ki, Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirmişdi ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.
"Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar [Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı] çərçivəsində həyata keçirilir" - o, bildirib.
M.Zaxarovanın sözlərinə görə, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya yaxşı məlumdur.
"Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik" – o, əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.