Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qohum olan şəxslər təmənnasızlıqlarını rəsmi şəkildə təsdiqləməklə donor ola bilərlər

© Sputnik / Anton Vergun / Mediabanka keçidxəstəxana
xəstəxana - Sputnik Azərbaycan, 1920, 04.09.2024
Abunə olmaq
Abbasova bildirib ki, Etika komissiyasında könüllülük, təmənnasızlığa əməl edilməsi təsdiqlənirsə, razılıq verilir və transplantasiya həyata keçirilir.
BAKI, 4 sentyabr — Sputnik. Qanunvericiliyə əsasən, yaxın qohum anlayışı var. Həmin şəxslər könüllülük və təmənnasızlıqlarını rəsmi şəkildə bildirməklə donor ola bilərlər. Bu zaman Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən onların transplantasiya əməliyyatına icazə verilir.
Bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.
Onun sözlərinə görə, yaxın qohum olmayan şəxslər arasında planlanan transplantasiya isə (hansı ki, bu kateqoriyaya uzaq qohum və qohum olmayanlar aiddir) Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyasından verilən razılıq əsasında reallaşdırıla bilər:

"Etika komissiyası ictimai əsaslarla fəaliyyət göstərən və müxtəlif sahələrdən üzvləri özündə birləşdirən müstəqil bir qurumdur. Etika komissiyasına tərəfimizdən təqdim edilən zəruri sənədlər xəstəxanalardan, resipiyent, donor və onların şahidləri tərəfindən notarial qaydada təsdiq olunmuş sənədlərdir. Bu sənədlərin siyahısına resipiyent, donor və onların şahidlərinin transplantasiya haqqında məlumatlarının olması və bu transplantasiyaya razı olmaları haqqında sənədlər daxildir. Bu quruma bizim tərəfimizdən toplanan sənədlər göndərilir və orada məsələyə qiymət verilir".

Y.Abbasova bildirib ki, Etika komissiyasında könüllülük, təmənnasızlığa əməl edilməsi təsdiqlənirsə, razılıq verilir və transplantasiya həyata keçirilir: "Bu prinsiplərin pozulduğu aşkarlandığı halda isə transplantasiyaya razılıq verilmir. Etika komissiyasının verdiyi qərar Koordinasiya mərkəzinə göndərilir və sonuncu qurum tərəfindən xəstəxanalar transplantasiyanın reallaşıb-reallaşmaması haqqında rəsmi qaydada məlumatlandırılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0