https://sputnik.az/20240904/polad-bulbuloglu-zatulinin-beyanatlari-ile-bagli-dumaya-mektub-gonderib-467164461.html
Polad Bülbüloğlu Zatulinin bəyanatları ilə bağlı Dumaya məktub göndərib
Polad Bülbüloğlu Zatulinin bəyanatları ilə bağlı Dumaya məktub göndərib
Sputnik Azərbaycan
Diplomat Dövlət Dumasının sədrinə müraciət edərək, ondan bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribatçı hərəkətlərinin qarşısını... 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T16:40+0400
2024-09-04T16:40+0400
2024-09-04T16:40+0400
polad bülbüloğlu
siyasət
duma
dövlət duması
rusiya federasiyası dövlət duması
vladimir putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462445114_0:0:3069:1727_1920x0_80_0_0_c2bf4470d88bcc2a9d6c9b56f3aa4798.jpg
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RF Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin qondarma "DQR-in müstəqillik günü" münasibətilə videomüraciəti ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb. Səfir və Azərbaycanın Qarabağ bölgəsinin Şuşa, Ağdam, Xocavənd şəhərlərindən deputat seçilən Polad Bülbüloğlunun məktubunda Dövlət Duması sədrinin diqqətinə Zatulinin "növbəti çirkin hərəkəti" çatdırılır. Belə ki, o, bu il sentyabrın 2-də hazırda mövcud olmayan qondarma "DQR-in müstəqillik günü" münasibətilə "təbrik mesajı" yayıb. Diplomatımız yazıb: "Zatulin özünün təxribat xarakterli müraciətində guya "Rusiyadakı qayğıkeş insanlar" adından çıxış edərək separatçılara dəstək verir və bununla da artıq başa çatmış münaqişəni canlandırmaq üçün xəyali ümidlərlə erməni cəmiyyətində revanşist qüvvələri yenidən təhrik edir. Üstəlik, o, çıxışında separatçı rejimin keçmiş rəhbərlərini və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçuları nəzərdə tutur". Məktubda vurğulanır ki, Ermənistanda "persona non-qrata" elan olunan Zatulin Rusiya cəmiyyətində ekspansionist baxışları və hekayələri təbliğ etməkdə davam edir, Rusiyada yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətləri ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. Səfir xatırladıb ki, ötən ay prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı tərəflər əməkdaşlığın yüksək səviyyəsini bir daha təsdiqləyib, Rusiyanın dövlət başçısı da uzunmüddətli sülhün, təhlükəsizliyin bərqərar olmasına və Cənubi Qafqaz regionunda sabitliyə töhfə verməyə hazır olduğunu bəyan edib. Polad Bülbüloğlu qeyd edib: "Bu müsbət fonda ölkəsinin rəsmi mövqeyinə qarşı çıxan "Vahid Rusiya" partiyası üzvünün destruktiv hərəkətləri göstərir ki, o, nəinki bununla razı deyil, həm də dövlət başçısının fikrinə hörmət etmir". Diplomat Dövlət Dumasının sədrinə müraciət edərək, ondan bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməyi xahiş edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462445114_323:0:3054:2048_1920x0_80_0_0_c73485e9e9d075b99aa8635626604865.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
polad bülbüloğlu, duma, dövlət duması, rusiya federasiyası dövlət duması, vladimir putin, rusiya prezidenti vladimir putin
polad bülbüloğlu, duma, dövlət duması, rusiya federasiyası dövlət duması, vladimir putin, rusiya prezidenti vladimir putin
Polad Bülbüloğlu Zatulinin bəyanatları ilə bağlı Dumaya məktub göndərib
Diplomat Dövlət Dumasının sədrinə müraciət edərək, ondan bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməyi xahiş edib.
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RF Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin qondarma "DQR-in müstəqillik günü" münasibətilə videomüraciəti ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.
Səfir və Azərbaycanın Qarabağ bölgəsinin Şuşa, Ağdam, Xocavənd şəhərlərindən deputat seçilən Polad Bülbüloğlunun məktubunda Dövlət Duması sədrinin diqqətinə Zatulinin "növbəti çirkin hərəkəti" çatdırılır. Belə ki, o, bu il sentyabrın 2-də hazırda mövcud olmayan qondarma "DQR-in müstəqillik günü" münasibətilə "təbrik mesajı" yayıb.
Diplomatımız yazıb: "Zatulin özünün təxribat xarakterli müraciətində guya "Rusiyadakı qayğıkeş insanlar" adından çıxış edərək separatçılara dəstək verir və bununla da artıq başa çatmış münaqişəni canlandırmaq üçün xəyali ümidlərlə erməni cəmiyyətində revanşist qüvvələri yenidən təhrik edir. Üstəlik, o, çıxışında separatçı rejimin keçmiş rəhbərlərini və əlləri günahsız azərbaycanlıların qanına bulaşmış digər terrorçuları nəzərdə tutur".
Məktubda vurğulanır ki, Ermənistanda "persona non-qrata" elan olunan Zatulin Rusiya cəmiyyətində ekspansionist baxışları və hekayələri təbliğ etməkdə davam edir, Rusiyada yaşayan erməni millətindən olan himayədarlarının siyasi sifarişlərini yerinə yetirir, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətləri ilə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür.
Səfir xatırladıb ki, ötən ay prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı tərəflər əməkdaşlığın yüksək səviyyəsini bir daha təsdiqləyib, Rusiyanın dövlət başçısı da uzunmüddətli sülhün, təhlükəsizliyin bərqərar olmasına və Cənubi Qafqaz regionunda sabitliyə töhfə verməyə hazır olduğunu bəyan edib.
Polad Bülbüloğlu qeyd edib: "Bu müsbət fonda ölkəsinin rəsmi mövqeyinə qarşı çıxan "Vahid Rusiya" partiyası üzvünün destruktiv hərəkətləri göstərir ki, o, nəinki bununla razı deyil, həm də dövlət başçısının fikrinə hörmət etmir".
Diplomat Dövlət Dumasının sədrinə müraciət edərək, ondan bu məsələyə prinsipial yanaşmağı və gələcəkdə Zatulinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməyi xahiş edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.