https://sputnik.az/20240904/masinlardan-kuceye-zibil-atmayin-yol-polisi-cerimeleri-intensivlesdirib-467158445.html
Maşınlardan küçəyə zibil atmayın, yol polisi cərimələri intensivləşdirib
Maşınlardan küçəyə zibil atmayın, yol polisi cərimələri intensivləşdirib
Sputnik Azərbaycan
"Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də cərimə nəzərdə tutulub. 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T17:03+0400
2024-09-04T17:03+0400
2024-09-04T17:03+0400
maşın
cəmiyyət
cərimə
inzibati cərimə
zibil
"yol hərəkəti haqqında" qanun
yol polisi
baş dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/42227/17/422271759_0:0:3069:1726_1920x0_80_0_0_08cd9d322fb8308dcbd1c98863a5408e.jpg
BAKI, 4 sentyabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi sürücü və sərnişinlərə müraciət edib. Müraciətdə deyilir ki, paytaxtda yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təbii ki, təəssüf doğurur. Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 8 ayı ərzində paytaxt ərazisində belə inzibati xətaya yol verdiklərinə görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub. Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub. Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq" - məlumatda bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/17/422271759_338:0:3069:2048_1920x0_80_0_0_a66caf8c6f47f28d9987f172c2de0a6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maşın, cərimə, inzibati cərimə, zibil, "yol hərəkəti haqqında" qanun, yol polisi, baş dövlət yol polisi idarəsi
maşın, cərimə, inzibati cərimə, zibil, "yol hərəkəti haqqında" qanun, yol polisi, baş dövlət yol polisi idarəsi
Maşınlardan küçəyə zibil atmayın, yol polisi cərimələri intensivləşdirib
"Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də cərimə nəzərdə tutulub.
BAKI, 4 sentyabr — Sputnik. Bakı şəhər Dövlət Yol Polisi sürücü və sərnişinlərə müraciət edib.
Müraciətdə deyilir ki, paytaxtda yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təbii ki, təəssüf doğurur. Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 8 ayı ərzində paytaxt ərazisində belə inzibati xətaya yol verdiklərinə görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub.
Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub. Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq" - məlumatda bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.