https://sputnik.az/20240904/gurcustan-parlamenti-lgbt-tebligatini-qadagan-eden-qanun-layihesini-destekledi-467165932.html
Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini dəstəklədi
Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini dəstəklədi
Sputnik Azərbaycan
Daha əvvəl parlamentdə iştirakı boykot elan edən müxalifət deputatları iclasda iştirak etməyiblər. 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T22:03+0400
2024-09-04T22:03+0400
2024-09-04T22:03+0400
gürcüstan parlamenti
dünya xəbərləri
"gürcü arzusu"
cinsiyyətini dəyişdirənlər
lgbt
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260036_0:0:3073:1728_1920x0_80_0_0_d2f275cb82170e0e61013767e7f48e53.jpg
BAKI, 4 sentyabr — Sputnik. Gürcüstan parlamenti ölkədə LGBT(hərəkat Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağandır) təbliğatını qadağan edən qanun layihəsini ikinci oxunuşda səs çoxluğu ilə qəbul edib . Plenar iclas respublikanın ali qanunvericilik orqanının internet saytında canlı yayımlanıb. 81 deputat qanun layihəsinin lehinə səs verib. Daha əvvəl parlamentdə iştirakı boykot elan edən müxalifət deputatları iclasda iştirak etməyiblər. Qanun layihələrinin müəllifləri hakim "Gürcü arzusu" partiyasının üzvləridir. Qanun layihəsi LGBT təbliğatına, eynicinsli nikahlara və cinsiyyətin dəyişdirilməsinə qadağa, o cümlədən eyni cinsdən olan cütlük və ya eyni cinsdən olan şəxs tərəfindən eynicinsli intim münasibətləri, qohumluq əlaqəsini, övladlığa götürmə və ya qəyyumluğu təşviq etmək məqsədi daşıyan görüş və kampaniyaların qadağan edilməsini ehtiva edir. Cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə də qadağan ediləcək, televiziyada eyni cinsdən olan intim səhnələr qadağan ediləcək. Dəyişikliklər paketi həmçinin 18 yaşdan kiçik şəxslər üçün kinoteatrlarda homoseksual səhnələri olan filmlərə baxılmasına məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/00/422260036_0:0:2731:2048_1920x0_80_0_0_f70ddfa23116997fa9e6bc86bd2970b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan parlamenti, "gürcü arzusu", cinsiyyətini dəyişdirənlər, lgbt
gürcüstan parlamenti, "gürcü arzusu", cinsiyyətini dəyişdirənlər, lgbt
Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini dəstəklədi
Daha əvvəl parlamentdə iştirakı boykot elan edən müxalifət deputatları iclasda iştirak etməyiblər.
BAKI, 4 sentyabr — Sputnik. Gürcüstan parlamenti ölkədə LGBT(hərəkat Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağandır) təbliğatını qadağan edən qanun layihəsini ikinci oxunuşda səs çoxluğu ilə qəbul edib .
Plenar iclas respublikanın ali qanunvericilik orqanının internet saytında canlı yayımlanıb.
81 deputat qanun layihəsinin lehinə səs verib. Daha əvvəl parlamentdə iştirakı boykot elan edən müxalifət deputatları iclasda iştirak etməyiblər.
Qanun layihələrinin müəllifləri hakim "Gürcü arzusu" partiyasının üzvləridir.
Qanun layihəsi LGBT təbliğatına, eynicinsli nikahlara və cinsiyyətin dəyişdirilməsinə qadağa, o cümlədən eyni cinsdən olan cütlük və ya eyni cinsdən olan şəxs tərəfindən eynicinsli intim münasibətləri, qohumluq əlaqəsini, övladlığa götürmə və ya qəyyumluğu təşviq etmək məqsədi daşıyan görüş və kampaniyaların qadağan edilməsini ehtiva edir. Cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilə də qadağan ediləcək, televiziyada eyni cinsdən olan intim səhnələr qadağan ediləcək. Dəyişikliklər paketi həmçinin 18 yaşdan kiçik şəxslər üçün kinoteatrlarda homoseksual səhnələri olan filmlərə baxılmasına məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.