https://sputnik.az/20240904/cin-neft-bazarina-tesir-gosterir---qiymetler-asagi-dusur-467126270.html
Azərbaycan nefti kəskin ucuzlaşıb: Çin və Liviya enerji bazarını iflic edir
Azərbaycan nefti kəskin ucuzlaşıb: Çin və Liviya enerji bazarını iflic edir
Sputnik Azərbaycan
Liviyada neft ixracatının bərpa olunacağına dair gözləntilər, qlobal tələb artımının aşağı düşməsi ilə bağlı narahatlıqlar səbəbiylə neft qiymətləri 4%-dən çox... 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T10:49+0400
2024-09-04T10:49+0400
2024-09-04T10:51+0400
neft-qaz
neft
birja
azeri light markalı neft
brent
dollar
opec
liviya
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840643_0:313:2047:1464_1920x0_80_0_0_1a79d1ba2ff5b60ffe100849da9e3b6c.jpg
BAKI, 4 sentyabr — Sputnik. Dünya bazarında Azərbaycan nefti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,01 dollar və ya 3,69 faiz azalaraq 78,55 dollar olub. Liviyada neft ixracatının bərpa olunacağına dair gözləntilər, qlobal tələb artımının aşağı düşməsi ilə bağlı narahatlıqlar səbəbiylə neft qiymətləri 4%-dən çox ucuzlaşıb. "Brent" markalı neft 37 sent ucuzlaşaraq 73,38 dollara düşüb. ABŞ-nin Qərbi Texas nefti 41 sent ucuzlaşaraq 69,93 dollar olub. Neft qiymətləri son vaxtlar təzyiq altındadır. Çində tələbin azalması və aparıcı hasilatçılardan təklifin artması ehtimalı ilə bağlı narahatlıqlar qiymətlərə təsir edib. Bazar ertəsi Liviyanın əsas limanlarından neft ixracı dayandırılıb və ölkə miqyasında hasilat azalıb. Bu pozulmalara baxmayaraq, ekspertlər təsirin məhdud ola biləcəyini qeyd edirlər. Çində tələb ilə bağlı narahatlıqlar Liviyada tədarükün kəsilməsini kompensasiya edir. "Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır. Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.03.09.24, 11:03Çin neft bazarına təsir göstərirDünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə edilir. Dünyanın ən böyük neft idxalçısı olan Çində ləng iqtisadi artımın tələblə bağlı narahatlıqları artırması qiymətləri aşağı salıb. "Brent" markalı neft 0,5 faiz ucuzlaşaraq 77,15 dollar, ABŞ-nin Qərbi Texas nefti 0,18 faiz ucuzlaşaraq 73,91 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti 0,16 faiz azalaraq 81,56 dollar təşkil edib. Neft qiymətləri son vaxtlar təzyiq altındadır. Çində tələbin azalması və aparıcı hasilatçılardan təklifin artması ehtimalı ilə bağlı narahatlıqlar qiymətlərə təsir edib. Bazar ertəsi Liviyanın əsas limanlarından neft ixracı dayandırılıb və ölkə miqyasında hasilat azalıb. Bu pozulmalara baxmayaraq, ekspertlər təsirin məhdud ola biləcəyini qeyd edirlər. Çində tələb ilə bağlı narahatlıqlar Liviyada tədarükün kəsilməsini kompensasiya edir. Qeyd edək ki, "Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır. Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840643_95:0:2047:1464_1920x0_80_0_0_b62ecf26554e5209ff7fc5dbe8a0432c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, birja, azeri light markalı neft, brent, dollar, opec, liviya
neft, birja, azeri light markalı neft, brent, dollar, opec, liviya
Azərbaycan nefti kəskin ucuzlaşıb: Çin və Liviya enerji bazarını iflic edir
10:49 04.09.2024 (Yenilənib: 10:51 04.09.2024) Liviyada neft ixracatının bərpa olunacağına dair gözləntilər, qlobal tələb artımının aşağı düşməsi ilə bağlı narahatlıqlar səbəbiylə neft qiymətləri 4%-dən çox ucuzlaşıb.
BAKI, 4 sentyabr — Sputnik. Dünya bazarında Azərbaycan nefti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,01 dollar və ya 3,69 faiz azalaraq 78,55 dollar olub.
Liviyada neft ixracatının bərpa olunacağına dair gözləntilər, qlobal tələb artımının aşağı düşməsi ilə bağlı narahatlıqlar səbəbiylə neft qiymətləri 4%-dən çox ucuzlaşıb.
"Brent" markalı neft 37 sent ucuzlaşaraq 73,38 dollara düşüb. ABŞ-nin Qərbi Texas nefti 41 sent ucuzlaşaraq 69,93 dollar olub. Neft qiymətləri son vaxtlar təzyiq altındadır. Çində tələbin azalması və aparıcı hasilatçılardan təklifin artması ehtimalı ilə bağlı narahatlıqlar qiymətlərə təsir edib.
Bazar ertəsi Liviyanın əsas limanlarından neft ixracı dayandırılıb və ölkə miqyasında hasilat azalıb. Bu pozulmalara baxmayaraq, ekspertlər təsirin məhdud ola biləcəyini qeyd edirlər. Çində tələb ilə bağlı narahatlıqlar Liviyada tədarükün kəsilməsini kompensasiya edir.
"Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır.
Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Çin neft bazarına təsir göstərir
Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə edilir. Dünyanın ən böyük neft idxalçısı olan Çində ləng iqtisadi artımın tələblə bağlı narahatlıqları artırması qiymətləri aşağı salıb.
"Brent" markalı neft 0,5 faiz ucuzlaşaraq 77,15 dollar, ABŞ-nin Qərbi Texas nefti 0,18 faiz ucuzlaşaraq 73,91 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 0,16 faiz azalaraq 81,56 dollar təşkil edib.
Neft qiymətləri son vaxtlar təzyiq altındadır. Çində tələbin azalması və aparıcı hasilatçılardan təklifin artması ehtimalı ilə bağlı narahatlıqlar qiymətlərə təsir edib.
Bazar ertəsi Liviyanın əsas limanlarından neft ixracı dayandırılıb və ölkə miqyasında hasilat azalıb. Bu pozulmalara baxmayaraq, ekspertlər təsirin məhdud ola biləcəyini qeyd edirlər. Çində tələb ilə bağlı narahatlıqlar Liviyada tədarükün kəsilməsini kompensasiya edir.
Qeyd edək ki, "Bloomberg" agentliyinin məlumatına görə, ərazisində iki hakimiyyətin fəaliyyət göstərdiyi Liviyanın Mərkəzi Bankını kimin idarə etməsi ilə bağlı çıxılmaz vəziyyət yaranıb. Şimali Afrika ölkəsi tədricən iqtisadi xaosa sürüklənir. Digər tərəfdən, inflyasiyaya qarşı mübarizə və iqtisadiyyata zərbə vuran pandemiyadan sonra Liviyada yoxsulluğun səviyyəsi də artır.
Bu arada, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər bir il ərzində könüllü 2,2 milyon barel hasilatın azaldılmasını mərhələli şəkildə dayandırmağa hazırlaşır.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.