https://sputnik.az/20240904/bu-ilin-sonunadek-mygov-platformasinda-suni-intellekt-tetbiq-olunacaq-467160873.html
Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq
Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq
Sputnik Azərbaycan
Azərbaycanda rəqəmsallaşma istiqamətində Rəqəmsal İnkişaf Konsepsiyası hazırlanıb. Bu Konsepsiya artıq təsdiq üçün Hökumətə göndərilib. 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T17:49+0400
2024-09-04T17:49+0400
2024-09-04T17:49+0400
telefon
azərbaycan xəbərləri
rəqəmsal
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
süni
süni intellekt
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427929093_0:94:2497:1498_1920x0_80_0_0_870d978eb51da99c7d49703c30dca765.jpg
BAKI, 4 sentyabr — Sputnik. Vətəndaşların hökumətlə rahat ünsiyyəti üçün bu ilin sonunadək "Mygov" platformasında süni intellekt tətbiq olunacaq. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev "Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri" adlı beynəlxalq tədbirdə deyib. "Belə ki, vətəndaş artıq suallarını süni intellekt vasitəsilə istər yazılı (mətn formasında) və ya səsli şəkildə hökumətə çatdıra biləcək. Bu istiqamətdə işlər aktiv şəkildə davam edir. İlin sonunadək yekunlaşacağı gözlənilir" - Ş.Əliyev bildirib. Qeyd edilib ki, Rəqəmsal Hökumət istiqamətində hədəfimiz vətəndaşdan və biznesdən 85 faiz məmnuniyyət əldə etməkdir: “Bizim rəqəmsal inkişaf sahəsində artıq strategiyamız formalaşıb. İlk növbədə, bu strategiyanın hazırlanmasında beynəlxalq təcrübəni öyrəndik, bunun üçün Estoniya, Sinqapur, Koreya və digər ölkələrin təcrübəsi, həmçinin Dünya Bankının bu istiqamətdə fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlıq etdik. Bizim üçün əməkdaşlıq olduqca vacib komponentdir. Azərbaycanda rəqəmsallaşma istiqamətində Rəqəmsal İnkişaf Konsepsiyası hazırlanıb. Bu Konsepsiya artıq təsdiq üçün Hökumətə göndərilib". O bildirib ki, strategiyanın fəaliyyəti üç əsas komponentdən ibarətdir: "Dövlətin rəqəmsallaşması, cəmiyyətin rəqəmsallaşması, biznesin rəqəmsallaşması. Sonuncu komponent iqtisadi dəyərin yaradılması üçündür. Bunlar üçün ilk növbədə infrastrukturun gücləndirilməsi həyata keçirilir – “Onlayn Azərbaycan” layihəsi artıq yekunlaşmaq üzrədir. Həmçinin qanunvericiliyin təkmilləşdirilməsini qeyd etmək lazımdır. Belə ki, Rəqəmsal Məcəllə artıq hazırlanıb. Eləcə də İRİA tərəfindən Azərbaycanda insan kapitalının inkişafı üçün fəaliyyət davam etdirilir, irihəcmli layihələr icra olunmaqdadır”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427929093_186:0:2309:1592_1920x0_80_0_0_c159a3f91c4021cd48b345d935b693e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
telefon, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi, süni, süni intellekt
telefon, rəqəmsal, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi, süni, süni intellekt
Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq
Azərbaycanda rəqəmsallaşma istiqamətində Rəqəmsal İnkişaf Konsepsiyası hazırlanıb. Bu Konsepsiya artıq təsdiq üçün Hökumətə göndərilib.
BAKI, 4 sentyabr — Sputnik. Vətəndaşların hökumətlə rahat ünsiyyəti üçün bu ilin sonunadək "Mygov" platformasında süni intellekt tətbiq olunacaq.
Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev "Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri" adlı beynəlxalq tədbirdə deyib.
"Belə ki, vətəndaş artıq suallarını süni intellekt vasitəsilə istər yazılı (mətn formasında) və ya səsli şəkildə hökumətə çatdıra biləcək. Bu istiqamətdə işlər aktiv şəkildə davam edir. İlin sonunadək yekunlaşacağı gözlənilir" - Ş.Əliyev bildirib.
Qeyd edilib ki, Rəqəmsal Hökumət istiqamətində hədəfimiz vətəndaşdan və biznesdən 85 faiz məmnuniyyət əldə etməkdir: “Bizim rəqəmsal inkişaf sahəsində artıq strategiyamız formalaşıb. İlk növbədə, bu strategiyanın hazırlanmasında beynəlxalq təcrübəni öyrəndik, bunun üçün Estoniya, Sinqapur, Koreya və digər ölkələrin təcrübəsi, həmçinin Dünya Bankının bu istiqamətdə fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlıq etdik. Bizim üçün əməkdaşlıq olduqca vacib komponentdir. Azərbaycanda rəqəmsallaşma istiqamətində Rəqəmsal İnkişaf Konsepsiyası hazırlanıb. Bu Konsepsiya artıq təsdiq üçün Hökumətə göndərilib".
O bildirib ki, strategiyanın fəaliyyəti üç əsas komponentdən ibarətdir: "Dövlətin rəqəmsallaşması, cəmiyyətin rəqəmsallaşması, biznesin rəqəmsallaşması. Sonuncu komponent iqtisadi dəyərin yaradılması üçündür. Bunlar üçün ilk növbədə infrastrukturun gücləndirilməsi həyata keçirilir – “Onlayn Azərbaycan” layihəsi artıq yekunlaşmaq üzrədir. Həmçinin qanunvericiliyin təkmilləşdirilməsini qeyd etmək lazımdır. Belə ki, Rəqəmsal Məcəllə artıq hazırlanıb. Eləcə də İRİA tərəfindən Azərbaycanda insan kapitalının inkişafı üçün fəaliyyət davam etdirilir, irihəcmli layihələr icra olunmaqdadır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.