https://sputnik.az/20240904/bir-milyon-vetendasin-reqemsal-sexsiyyet-vesiqesinden-istifade-edeceyi-planlasdirilir-467157725.html
Bir milyon vətəndaşın rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edəcəyi planlaşdırılır
Bir milyon vətəndaşın rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edəcəyi planlaşdırılır
Sputnik Azərbaycan
Nazir müavininin sözlərinə görə, əhalinin 65 faizinin rəqəmsal vərdişlərə yiyələnməsi əsas hədəflərdəndir. 2024-cü ilin sonunadək ölkədə bütün ev... 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T14:48+0400
2024-09-04T14:48+0400
2024-09-04T14:48+0400
şəxsiyyət vəsiqəsi
azərbaycan xəbərləri
rabitə və yüksək texnologiyalar nazirliyi
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425721982_0:0:3073:1728_1920x0_80_0_0_dc163d5bbe2ccbc5aa971d4b696b5073.jpg
BAKI, 4 sentyabr — Sputnik. 2026-cı ilin sonunadək Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal (digital) şəxsiyyət vəsiqəsindən istifadə edəcəyi planlaşdırılır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri" adlı beynəlxalq tədbirdə çıxış edərkən deyib. Nazir müavininin sözlərinə görə, əhalinin 65 faizinin rəqəmsal vərdişlərə yiyələnməsi əsas hədəflərdəndir: "2024-cü ilin sonunadək ölkədə bütün ev təsərrüfatlarını yüksək sürətli internetlə təmin etməyi planlaşdırırıq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı, biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425721982_0:0:2731:2048_1920x0_80_0_0_6c16c523db4fec6dc87ad9779ae048f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəxsiyyət vəsiqəsi, rabitə və yüksək texnologiyalar nazirliyi, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
şəxsiyyət vəsiqəsi, rabitə və yüksək texnologiyalar nazirliyi, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
Bir milyon vətəndaşın rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edəcəyi planlaşdırılır
Nazir müavininin sözlərinə görə, əhalinin 65 faizinin rəqəmsal vərdişlərə yiyələnməsi əsas hədəflərdəndir. 2024-cü ilin sonunadək ölkədə bütün ev təsərrüfatlarını yüksək sürətli internetlə təmin etməyi planlaşdırırıq.
BAKI, 4 sentyabr — Sputnik. 2026-cı ilin sonunadək Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal (digital) şəxsiyyət vəsiqəsindən istifadə edəcəyi planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri" adlı beynəlxalq tədbirdə çıxış edərkən deyib.
Nazir müavininin sözlərinə görə, əhalinin 65 faizinin rəqəmsal vərdişlərə yiyələnməsi əsas hədəflərdəndir:
"2024-cü ilin sonunadək ölkədə bütün ev təsərrüfatlarını yüksək sürətli internetlə təmin etməyi planlaşdırırıq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ümumilikdə ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub. Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı, biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.