https://sputnik.az/20240904/bas-prokuror-kamran-eliyev-rusiyada-isguzar-seferdedir---foto-467166794.html
Baş prokuror Kamran Əliyev Rusiyada işgüzar səfərdədir - FOTO
Baş prokuror Kamran Əliyev Rusiyada işgüzar səfərdədir - FOTO
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma... 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T17:10+0400
2024-09-04T17:10+0400
2024-09-04T17:10+0400
baş prokuror
cəmiyyət
kamran əliyev
https://cdnn1.img.sputnik.az/img/07e8/09/04/467166196_0:67:1280:787_1920x0_80_0_0_ab1146b0d5abd3a14ec67c31c6422312.jpg
BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 4-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Primorsk diyarının prokurorluğunda hər iki dövlətin Baş prokurorları arasında ikitərəfli görüş keçirilib. Nümayəndə heyətini salamlayan İqor Krasnov ölkələrimiz arasında yüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, sahibkarlıq üçün münbit şəraitin formalaşmasında prokurorluq orqanlarının önəmini qeyd edib. Kamran Əliyev rusiyalı həmkarına Şərq İqtisadi Forumunda iştirak üçün dəvətə görə təşəkkürünü bildirib. Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verərək, Rusiya Prezidenti Vladimir Putinin avqust ayında ölkəmizə dövlət səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindən bəhs edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumunu imzalayıblar. Nümayəndə heyətinin səfəri davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/04/467166196_72:0:1209:853_1920x0_80_0_0_2cb2f631c0090c37709cf110f7659262.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokuror, kamran əliyev
baş prokuror, kamran əliyev
Baş prokuror Kamran Əliyev Rusiyada işgüzar səfərdədir - FOTO
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
BAKI, 4 sentyabr — Sputnik. Sentyabrın 4-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Primorsk diyarının prokurorluğunda hər iki dövlətin Baş prokurorları arasında ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətini salamlayan İqor Krasnov ölkələrimiz arasında yüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, sahibkarlıq üçün münbit şəraitin formalaşmasında prokurorluq orqanlarının önəmini qeyd edib.
Kamran Əliyev rusiyalı həmkarına Şərq İqtisadi Forumunda iştirak üçün dəvətə görə təşəkkürünü bildirib. Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın sürətli inkişafı barədə məlumat verərək, Rusiya Prezidenti Vladimir Putinin avqust ayında ölkəmizə dövlət səfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindən bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair Anlaşma Memorandumunu imzalayıblar.
Nümayəndə heyətinin səfəri davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.