https://sputnik.az/20240904/azerbaycanda-orqan-transplantasiyasi-4000-den-artiq-xestenin-orqan-neqline-ehtiyaci-var--467165378.html
Azərbaycanda orqan transplantasiyası: 4000-dən artıq xəstənin orqan nəqlinə ehtiyacı var
Azərbaycanda orqan transplantasiyası: 4000-dən artıq xəstənin orqan nəqlinə ehtiyacı var
Sputnik Azərbaycan
Yeganə Abbasova qeyd edib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər olsa da, onların sayı azdır. 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T19:20+0400
2024-09-04T19:20+0400
2024-09-04T19:20+0400
azərbaycan
səhiyyə
orqan
transplantasiya
böyrək
böyrək çatışmazlığı
qaraciyər
https://cdnn1.img.sputnik.az/img/41968/11/419681104_0:160:3072:1888_1920x0_80_0_0_e56463d09bb40ba52028e61aafae7e23.jpg
BAKI, 4 sentyabr — Sputnik. Bu ilin altı ayında 61 böyrək, 54 qaraciyər, 49 buynuz qişa, 21 sümük iliyi transplantasiyası əməliyyatları aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib. O bildirib ki, 2024- cü ilin ilk altı ay ərzində aparılan əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox olub. Yeganə Abbasova qeyd edib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər olsa da, onların sayı azdır. O, həmçinin bildirib ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 600-ə qədər şəxs mərkəzə müraciət edib. Sədr əlavə edib ki, Azərbaycanda ümumilikdə 4 min nəfər dializ xəstəsi var: "Onların böyrək transplantasiyasına ehtiyacı var. Ölkəmizdə ilk olaraq böyrək, sümük iliyi transplantasiyası üzrə tələbat var".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41968/11/419681104_171:0:2902:2048_1920x0_80_0_0_dadb0722f6fe879a6f77f83bbd98eafe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, orqan, transplantasiya, böyrək, böyrək çatışmazlığı, qaraciyər
azərbaycan, orqan, transplantasiya, böyrək, böyrək çatışmazlığı, qaraciyər
Azərbaycanda orqan transplantasiyası: 4000-dən artıq xəstənin orqan nəqlinə ehtiyacı var
Yeganə Abbasova qeyd edib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər olsa da, onların sayı azdır.
BAKI, 4 sentyabr — Sputnik. Bu ilin altı ayında 61 böyrək, 54 qaraciyər, 49 buynuz qişa, 21 sümük iliyi transplantasiyası əməliyyatları aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, 2024- cü ilin ilk altı ay ərzində aparılan əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox olub.
Yeganə Abbasova qeyd edib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər olsa da, onların sayı azdır.
O, həmçinin bildirib ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 600-ə qədər şəxs mərkəzə müraciət edib. Sədr əlavə edib ki, Azərbaycanda ümumilikdə 4 min nəfər dializ xəstəsi var:
"Onların böyrək transplantasiyasına ehtiyacı var. Ölkəmizdə ilk olaraq böyrək, sümük iliyi transplantasiyası üzrə tələbat var".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.