XİN rəsmisi Avropa İttifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab verdi
© Photo : MFAAyxan Hacızadə
© Photo : MFA
Abunə olmaq
Peter Stano ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır.
BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa İttifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab olaraq "X"də yazıb.
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb.
Such a subjective claim & biased political consideration by @ExtSpoxEU repeating preset negative attitude by @osce_odihr towards the elections in #Azerbaijan is null and void.
— Aykhan Hajizada (@Aykhanh) September 3, 2024
Elections took place in complete accordance with the Constitution of the country and its national laws. https://t.co/xRZYQOs4Ex
Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi "X" hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.