https://sputnik.az/20240903/tozlu-hava-seraitinin-sebebi-nedir-467134306.html
Tozlu hava şəraitinin səbəbi nədir?
Tozlu hava şəraitinin səbəbi nədir?
Sputnik Azərbaycan
Belə durğun hava şəraiti cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olan toz hissəciklərinin havada daha çox qalmasına şərait yaradır. 03.09.2024, Sputnik Azərbaycan
2024-09-03T15:16+0400
2024-09-03T15:16+0400
2024-09-03T15:16+0400
toz
cəmiyyət
hava
milli hidrometeorologiya xidməti
hissəcik
azərbaycan
hava
axın
https://cdnn1.img.sputnik.az/img/41901/71/419017184_0:0:3069:1727_1920x0_80_0_0_1ae6e79c3dcbf6826e57cedb50dcfac4.jpg
BAKI, 3 sentyabr — Sputnik. "Avtomatik meteoroloji stansiyalardan alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir. Əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 2-dən başlayaraq tozlu hava kütlələri cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova açıqlama verib. G.Abbasova bildirib ki, aparılan təhlillərə görə, il ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub və şərq istqamətli hava axınları vasitəsilə ölkəmizə keçir və əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz-dumanının yaranmasına səbəb olur. Onun sözlərinə görə, son illər iqlim dəyişmələrinin təsiri nəticəsində bu prosesin daha tez-tez təkrarlanması müşahidə edilir: Xidmət rəsmisinin sözlərinə görə, ölçüsü 2,5 mikrondan kiçik toz hissəcikləri (PM2,5) havada asılmış vəziyyətdə qalaraq yuxarı tənəffüs orqanlarına təsir göstərdiyi üçün əhaliyə açıq havada az olmaları və yaxud qoruyucu maskalardan istifadə etmələri tövsiyə edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41901/71/419017184_102:0:2833:2048_1920x0_80_0_0_7fb61671669c88802b292d122dcaa736.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toz, hava, milli hidrometeorologiya xidməti, hissəcik, azərbaycan, hava, axın
toz, hava, milli hidrometeorologiya xidməti, hissəcik, azərbaycan, hava, axın
Tozlu hava şəraitinin səbəbi nədir?
Belə durğun hava şəraiti cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olan toz hissəciklərinin havada daha çox qalmasına şərait yaradır.
BAKI, 3 sentyabr — Sputnik. "Avtomatik meteoroloji stansiyalardan alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir. Əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 2-dən başlayaraq tozlu hava kütlələri cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova açıqlama verib.
G.Abbasova bildirib ki, aparılan təhlillərə görə, il ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub və şərq istqamətli hava axınları vasitəsilə ölkəmizə keçir və əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz-dumanının yaranmasına səbəb olur. Onun sözlərinə görə, son illər iqlim dəyişmələrinin təsiri nəticəsində bu prosesin daha tez-tez təkrarlanması müşahidə edilir:
"Sinoptik şəraitə görə, hazırda ölkə ərazisində hava şəraitini antisiklon təyin edir və nəticədə hava isti və quraq keçir, cənub-şərq küləklərinin üstünlüyü qeydə alınır. Belə durğun hava şəraiti cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olan toz hissəciklərinin havada daha çox qalmasına şərait yaradır".
Xidmət rəsmisinin sözlərinə görə, ölçüsü 2,5 mikrondan kiçik toz hissəcikləri (PM2,5) havada asılmış vəziyyətdə qalaraq yuxarı tənəffüs orqanlarına təsir göstərdiyi üçün əhaliyə açıq havada az olmaları və yaxud qoruyucu maskalardan istifadə etmələri tövsiyə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.