Tarixdə bu gün: 3 sentyabr – FOTO
© Sputnik / Elnur Salayev3 sentyabr
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 3 sentyabr — Sputnik. Sentyabrın 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 3-də kimlər anadan olub?
Yaşar Nuri (1951–2012) - Azərbaycan teatr və kino aktyoru, rejissor, Azərbaycan SSR xalq artistidir. O, həyatı boyu 50-yə yaxın filmdə rol alıb, Azərbaycan Dövlət Televiziyasının yüzdən çox televiziya tamaşasında, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.
Ferdinand Porsche (1875–1951) - alman avtomobil mühəndisi və zirehli texnika konstruktorudur. O, "Porsche" şirkətinin qurucusudur. Ferdinand həm də avtomobil sənayesi tarixində "Volkswagen Käfer" adı ilə tarixə düşən ən məşhur avtomobilin yaradıcısı kimi də məşhurdur.
© Photo : Public DomenFerdinand Porsche
Ferdinand Porsche
© Photo : Public Domen
İvan Pereverzev (1914–1978) - Sovet teatr və kino aktyoru, SSRİ xalq artistidir. O, "Mənim məhəbbətim", "8 №-li döyüş filmləri toplusu", "Tayqadan olan oğlan" və s. filmlərdə rol alıb.
© Sputnikİvan Pereverzev
İvan Pereverzev
© Sputnik
Qarret Hedlund (1984) - amerikalı aktyordur. O, Volfqanq Petersenin "Troya" filmindəki qədim yunan qəhrəmanı Patroklu və "Tron: İrs" filmindəki Sem Flinni rolunu canlandırmaqla məşhur olub.
CC BY-SA 3.0 / Gage Skidmore / Garrett Hedlund Qarret Hedlund
Qarret Hedlund
3 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
Bu gün Avropanın ən qədim dövləti olan San-Marino 301-ci ildə yaradılıb.
1189-cu ildə Şir Ürəkli Riçard Kral I Riçard kimi ingilis taxtına layiq görülüb.
1912-ci ildə İngiltərədə dünyanın ilk konserv zavodu fəaliyyətə başlayıb.
1939-cu ildə Böyük Britaniya, Fransa, Hindistan, Avstraliya və Yeni Zelandiya Almaniyaya müharibə elan ediblər.
1984-cü ildə ingilis genetik Alek Ceffriz DNT-nin unikallığını və bənzərsizliyini kəşf edib. Bu, genetik daktiloskopiya (insanı barmaq izlərinə görə müəyyən etmə üsulu) kimi elmin inkişafında ilk addım olub. Məhz bu gün dünyada DNT-nin unikallığının kəşfi günü kimi qeyd olunur.
2008-ci ildə ABŞ-ın vitse-prezidenti Dik Çeyni Azərbaycana səfər edib. Bu, Azərbaycan-ABŞ münasibətləri tarixində Vaşinqtondan Bakıya belə yüksək rütbəli rəsmi şəxsin ilk səfəri olub. Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın vitse-prezidenti arasında keçirilən görüşdə regiondakı vəziyyət, iki ölkə arasında enerji təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.