Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Paşinyanın ziddiyyətli fikirləri: Ermənistanın yeni planı nədir?

© Sputnik / Евгений Биятов / Mediabanka keçidNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.09.2024
Abunə olmaq
Elşən Manafov qeyd edib ki, Ermənistan Qərbin təzyiqi ilə bu layihəni irəli sürüb.
BAKI, 3 sentyabr — Sputnik. Ermənistan Azərbaycana sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağı və ratifikasiya etməyi təklif edib. Bunu Baş nazir Nikol Paşinyan açıqlayıb. Paşinyanın bir neçə gün öncə verdiyi açıqlamalar Azərbaycan XİN tərəfindən kəskin cavabla qarşılandı. XİN Paşinyanın ziddiyyət təşkil edən açıqlamalar verməsinin təəssüf doğurduğunu bildirdi.
Paşinyan nə demişdi?
Paşinyan Azərbaycanın sülh sazişi imzalamaq üçün əsas tələbini arxa plana çəkməsini, razılaşdırılmış müddəalar əsasında sənəd imzalanmasını təklif edirdi. Azərbaycan XİN isə bildirdi ki, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır.
Bəs Paşinyanı belə bir mövqe nümayiş etdirməyə nə vadar edir?
Əslində hadisələrin xronologiyasına nəzərə saldıqda Paşinyanın fikirlərindəki məntiqi ardıcıllığı qurmaq mümkündür. Paşinyan Azərbaycanın mövqeyindəki geriçəkilməzi yaxşı anlayır. Ermənistan hökumət başçısı sülh sazişini imzalamağa hazır olduğunu bildirsə də, ona mane olan əsas məqamı görməzdən gəlir. Bu ki Zəngəzur dəhlizi deyil? Azərbaycanın sülh danışıqları prosesində Zəngəzur dəhlizi ilə bağlı məsələni arxa plana çəkməsindən sonra Ermənistanın istəkləri yenidən qabarıb. Paşinyan istəyir ki, Azərbaycan bu ölkənin əsas qanunundakı qonşu ölkələrə qarşı ərazi iddialarını gözardı edərək sülh sazişi imzalasın, kommunikasiyalar isə onun istədiyi kimi, daha doğrusu ondan istənilən kimi açılsın. Heç kəsə sirr deyil ki, Paşinyanın ağıl verənləri regionda prosesləri gərginləşdirməklə məşğuldur.
Məlum olub ki, Azərbaycan sülh təklifləri paketinə Ermənistan tərəfi 70 gün sonra cavab verməyə fürsət tapıb. Azərbaycan XİN rəhbəri qeyd edib təkliflər paketindəki bütün maddələr çox taleyüklü məsələlər idi:
"Biz Ermənistan tərəfinin bizə cavab olaraq göndərdiyinə baxanda gördük ki, əvvəl tərəflərin razılığa gəlmədiyi məqamlar sadəcə olaraq mətndən çıxarılıb. Ermənistanın düşüncəsinə görə bu yolla məsələni həlli etmək olar. Onlar önəmli məqamlara yer ayırmaq istəməyiblər", - o qeyd edib.
XİN rəhbərinin dediyindən aydın olur ki, Ermənistan zibilləri(problemləri) xalça altına süpürməklə həll edəcəyini düşünür. Digər tərəfdən Ermənistanın birbaşa danışıqlarda öz sözünü deyəcəyinə də şübhə var. Əslində Azərbaycan danışıqlar prosesində Ermənistanla danışmır. Azərbaycanın qarşısında, ABŞ, Fransa və ümumilikdə erməni sevdalısı Qərb dayandığını görə bilərik. Əslində burada erməni sevdalısı demək də gülməlidir. Çünki Qərbin Ermənistan üzərindən geosiyasi maraqlarını realladırması gün kimi aydındır.
Bəs bu zavallı, 30 ildir Cənubi Qafqazın dalan dövləti Ermənistana nə verəcək? Azərbaycan önəmli enerji infrasturu layihələrini icra edərkən, Şimal-Cənub dəhlizi ilə bağlı işlər görülərkən, Aİ ölkələri Azərbaycan qazını almaq üçün növbəyə durarkən Ermənistan nə edir? Fransadan gələn "SEZAR"lar, R511 və R530 "hava-hava" tipli raketlər, ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan DM32 qumbaraatanları ("Bunkerfaust" kimi də tanınır), həmçinin "Panzerfaust"lar Ermənistana sülhmü gətirəcək?! Bu yerdə Rusiya XİN rəhbəri Sergey Lavrovun fikirlərini yada salmaq yerin düşər. Lavrovun sözlərinə görə, Ermənistan hakimiyyəti danışıqlar prosesinə Qərbi, o cümlədən Paris və Vaşinqtonu cəlb etməkdənsə, ilk növbədə azərbaycanlı qonşuları ilə danışmalıdır.
Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a bildirib ki, Ermənistan iqtidarının açıqlamalarının əsasında Qərbin onlara verdiyi istiqamətlər dayanır: "Qərb israrla Paşinyan hakimiyyətini Moskvanın moderatorluğu olmadan Azərbaycanla danışıqların aparmağa təhrik edir. Məqsəd isə Rusiyanı danışıqlardan kənarda saxlamaq və onun bölgədəki təsir dairəsini daraltmaqdır. Qərb Rusiyanın Ermənistandakı maraqlarını saymazyana yanaşır, Ermənistana xoş vədlər verərək Rusiyadan uzaqlaşdırır. Rəsmi Bakı Ermənistandan fərqli olaraq danışıqların Rusiya platformasında aparılmasının əleyhinə deyil. Azərbaycan tərəfi ən yüksək səviyyədə bəyan edib ki, vasitəçisiz danışıqlar aparmağın tərəfdarıdır".
Politoloqun sözlərinə görə, Paşinyan yenidən "Sülh kəsişməsi"ni xatırladaraq kommunikasiyaların bərpasından danışması manipulyativ çıxışlardır:

"Biz "Sülh kəsişməsi"nin mahiyyətinə diqqət yetirməliyik. Bu layihənin perspektivi yoxdur, çünki onun reallaşması üçün Ermənistan tərəfinin maliyyə imkanlarının olmadığı bəllidir. "Sülh kəsişməsi" guya dəhlizlərlə bağlı problemlərin həllini özündə ehtiva edir. Ancaq bu layihə ilə maraqlı tərəflərin hələ maliyyə təklifləri yoxdur. Bu da layihə ilə bağlı Ermənistan tərəfinin irəli sürdüyü təklifin nə qədər utopik olduğunu göstərir".

Elşən Manafov qeyd edib ki, Ermənistan Qərbin təzyiqi ilə bu layihəni irəli sürüb: "Məqsəd Zəngəzur dəhlizi ətafında Moskva platformasının, əldə olunmuş razılaşmalar əsasında aparılmaması istəyindən irəli gəlir. Ermənistan da Moskva razılaşmaların yerinə yetirilməməsini istəyir. Ermənistan suverenlik prinsipini qabardaraq Zəngəzur dəhlizinə əngəl olmağa çalışır. Ancaq öz əsas qanunda Azərbaycana qarşı ərazi iddialarını saxlayaraq sülh sazişi ilə bağlı praqmatik mövqe ortaya qoya bilmir. Mövcud şərait sülh sazişi və ya çəçivə sazişinin əldə olunması üçün yetərli deyil. Çünki gələcəkdə Ermənistanda hakimiyyəti tutacaq istənilən siyasi qüvvə əsas qanuna istinad edərək Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyətinə düşə bilər"
"Azərbaycan tərəfinin Konstitusiya dəyişikliyi edilməsi ilə bağlı israrı haqlı mövqedir. Yalnız bundan sonra demarkasiya və delimitasiya prosesləri müsbət nəticə verə bilər. Rusiya liderinin tərəflərlə apardığı danışıqlardan sonra da Ermənistan tərəfindən addımlar atılmadığını görürük. Ermənistan çalışır ki, bölgədəki məsələlərin həllinə Qərbi cəlb etsin. Azərbaycan isə regiona aid olmayan ölkələrin onun problemlərinin həllində iştirakını məqbul saymır", politoloq qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0