Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda universitet ləğv edildi

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 03.09.2024
Abunə olmaq
Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.
BAKI, 3 sentyabr — Sputnik. "Naxçıvan" Universiteti MMC ləğv olunduğunu elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vergiler.az saytı məlumat yayıb.
Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, "Naxçıvan" Universiteti 1994-cü ildən 1999-cu ilə kimi "Naxçıvan" bazası kimi fəaliyyət göstərib. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olub.
Sonralar universitet İsmayıl Əliyevin əlindən alınıb və təsisçi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra universitetə nəzarət də onun əlindən çıxmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0