Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Bakı Beynəlxalq İqlim Şəffaflığı Platformasını təklif edib

© Sputnik / Murad OrujovMuxtar Babayev
Muxtar Babayev - Sputnik Azərbaycan, 1920, 03.09.2024
Abunə olmaq
COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib ki, Azərbaycan iqlim şəffaflıq hesabatının hazırlanmasında digər ölkələrə köməklik göstərilməsini təşkil edir.
BAKI, 3 sentyabr — Sputnik. Bu il Bakıda keçiriləcək COP29-a hazırlıq işləri sürətlə davam edir, lazımi tədbirlər görülür. Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan böyük bir forumun ev sahibi kimi Bakı Beynəlxalq İqlim Şəffaflığı Platformasını təklif edib:

"Təşəbbüsü Azərbaycan tərəfi irəli sürüb. Bununla da çox ciddi məsələlərin müzakirəsi üçün şərait yaradılacaq. Azərbaycan iqlim şəffaflıq hesabatının hazırlanmasında digər ölkələrə köməklik göstərilməsini təşkil edir. Artıq bizim təlimlər keçirilib. Növbəlilik Afrikada və digər ölkələrdə olacaq".

M.Babayev vurğulayıb ki, şəffaflıq hesabatlarının COP29-dan əvvəl təqdim edilməsi nəzərdə tutulur:
"İqlim dəyişikliyi hesabatının sənədinin təqdim edilməsi üçün son tarix isə dekabr ayıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0