Tarixdə bu gün: 2 sentyabr – FOTO
08:37 02.09.2024 (Yenilənib: 09:42 02.09.2024)
© iStock.com / Bgblue - bgblue.com2 sentyabr
© iStock.com / Bgblue - bgblue.com
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 2 sentyabr - Sputnik. Sentyabrın 2-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 2-də kimlər anadan olub?
Yevgeni Leonov (1926-1994) - Sovet və Rusiya teatr və kino aktyoru, SSRİ xalq artistidir. O, "Uğur centlmenləri", "Mimino", "Otuz üç" və s. filmlərdə rol alıb.
Yevgeni Leonov
© Sputnik / Vitaliy Arutyunov
/ Valentin Qaft (1935-2020) - Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru və RSFSR xalq artistidir. O, "Qızıl qartal" və "Qızıl maska" mükafatlarının qalibidir.
Stanislav Çerçesov
© Sputnik / Антон Денисов
/ Kianu Rivz (1964) kanadalı aktyor, kinorejissor, kino prodüseri və musiqiçidir. O, "Bill və Ted", "Matriks" və "Con Uik" filmlərindəki rolları ilə tanınıb.
© AP Photo / Evan AgostiniKianu Rivz
Kianu Rivz
© AP Photo / Evan Agostini
Salma Hayek (1966) - Meksika əsilli ABŞ aktrisası, kinorejissor və prodüserdir. O, 30-dan çox filmdə rol alıb.
© AP Photo / Invision/Vianney Le CaerSalma Hayek
Salma Hayek
© AP Photo / Invision/Vianney Le Caer
Aleksey Çadov (1981) - rusiyalı aktyor və rejissordur. O, "Müharibə", "Gecə gözətçisi" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Aleksey Çadov
© Sputnik / Илья Питалев
/ 2 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
911-ci ildə Kiyev Rus dövləti ilə Bizans arasında ilk yazılı müqavilə bağlanıb və hərbi yürüşün uğurla başa çatmasının əlaməti olaraq knyaz Oleq Konstantinopolun qapılarına qalxan vurmağı əmr edib.
1945-ci ildə İkinci Dünya Müharibəsi başa çatıb. Yaponiyanın qeyd-şərtsiz təslim olması haqqında akt imzalanıb.
1958-ci ildə ilk dəfə Çin televiziyası yayımlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.