DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail Qəzzadakı girovları azad etmək üçün Rusiyaya müraciət edib

© Sputnik / Евгений Биятов / Mediabanka keçidMoskvada Kremlə mənzərə, arxiv şəkli
Moskvada Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Abunə olmaq
Baş nazir Netanyahu Qəzzadakı girovların azad edilməsi məsələsində irəliləyiş əldə etmək üçün Moskvaya köməkçisini göndərib.
BAKI, 2 sentyabr — Sputnik. İsrail Qəzzadan girovların azad edilməsi ilə bağlı razılaşmada irəliləyişə nail olmaq üçün Rusiyaya müraciət edib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən məlumat verilib.
"Bloomberg"in məlumatına görə, bu, ABŞ, Qətər və Misirin HƏMAS hərəkatı ilə barışıq əldə etmək səylərinin yavaş irəliləməsi fonunda baş verir.
Agentliyin məlumatına görə, Netanyahunun hərbi katibi sentyabrın 1-də Moskvadan qayıdıb və orada o, Rusiya rəsmiləri ilə məsələni müzakirə edib. Qeyd edilib ki, Rusiya vətəndaşlığı olan girovların taleyi ilə bağlı Rusiya hökuməti Fələstinin HƏMAS hərəkatı ilə əlaqə saxlayır.
"KP.RU" bu yaxınlarda bildirib ki, Netanyahu Qəzza zolağında həlak olan rusiyalı Aleksandr Lobanovun valideynlərinə zəng edərək üzr istəyib. Onlarla söhbətində siyasətçi baş verənlərdən təəssüfləndiyini qeyd edib.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından misli görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 40,6 mini keçib, 94 mindən çox insan isə yaralanıb.
Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb, İsrail HƏMAS-ın son qalası sayılan Rəfahda quru əməliyyatı keçirir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0