Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ərdoğan İlham Əliyevi Milli Məclisə seçkilərdə YAP-ın qələbəsi münasibətilə təbrik edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başlayıb - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Abunə olmaq
Türkiyə lideri Azərbaycanda seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və xalqın iradəsini əks etdirdiyini vurğulayıb.
BAKI, 2 sentyabr - Sputnik. Sentyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəmini qeyd edib. Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub. Eyni zamanda, ölkəmizdə keçirilən bu seçkilərdə Türkiyə Böyük Millət Məclisinin parlamentlərarası dostluq qrupunun müşahidəçi qismində geniş tərkibdə iştirak etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
01.09.24, 21:16
Növbədənkənar parlament seçkilərində YAP inamlı qələbə qazanıb
Sosioloji Tədqiqatlar Mərkəzi sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.
Növbədənkənar parlament seçkilərində “exit-poll” keçirən Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru Natalya İsayeva mətbuat üçün keçirilən brifinqdə deyibki, "Exit-poll" nəticələrinə görə, Yeni Azərbaycan Partiyası seçkilərdə inamlı qələbə qazanıb.
Mərkəzin direktoru bildirib ki, 75 seçki dairəsi üzrə 750 seçki məntəqəsində "exit-poll" keçirilib. "Exit-poll" 136 520 nəfəri əhatə edib. Statistik səhv 2,3 faiz təşkil edir.

“Yeni Azərbaycan Partiyasının namizədləri 45 seçki dairəsində ən çox səs toplayıb. Bu isə "exit-poll" keçirilən dairələrin 60%-i deməkdir”, - Nataliya İsayeva əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0