https://sputnik.az/20240902/mislide-niye-17-yasli-qizin-toyu-texire-salindi-se-polis-qarisib-467111579.html
İmişlidə niyə 17 yaşlı qızın toyu təxirə salındı? İşə polis qarışıb
İmişlidə niyə 17 yaşlı qızın toyu təxirə salındı? İşə polis qarışıb
Sputnik Azərbaycan
Kəmalə Ağazadə bildirib ki, İmişli rayonu Məzrəli kəndində 17 yaşlı qızın sentyabrın 11-də toyunun olacağı barədə ona məlumat daxil olub. 02.09.2024, Sputnik Azərbaycan
2024-09-02T18:24+0400
2024-09-02T18:24+0400
2024-09-02T18:24+0400
gəlin
cəmiyyət
inzibati xətalar məcəlləsi
azərbaycan uşaqlar birliyi
kəmalə ağazadə
https://cdnn1.img.sputnik.az/img/42167/01/421670132_0:0:963:541_1920x0_80_0_0_02645c31f9e5317c1c6b79dfb2288d7f.jpg
BAKI, 2 sentyabr — Sputnik. İmişli rayonunda yeniyetmənin toyunun olması barədə sosial şəbəkədə yayılan məlumat polis tərəfindən araşdırılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb. Qeyd edək ki, 17 yaşlı qızın toyu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yayıb. O, bildirib ki, İmişli rayonu Məzrəli kəndində 17 yaşlı qızın sentyabrın 11-də toyunun olacağı barədə ona məlumat daxil olub. Xatırladaq ki, yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək. Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 13000 manatadək məbləğdə cərimə olunacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42167/01/421670132_0:0:721:541_1920x0_80_0_0_c9baa6f6ee7e9e676d8815e60ee2c9ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
gəlin, inzibati xətalar məcəlləsi, azərbaycan uşaqlar birliyi, kəmalə ağazadə
gəlin, inzibati xətalar məcəlləsi, azərbaycan uşaqlar birliyi, kəmalə ağazadə
İmişlidə niyə 17 yaşlı qızın toyu təxirə salındı? İşə polis qarışıb
Kəmalə Ağazadə bildirib ki, İmişli rayonu Məzrəli kəndində 17 yaşlı qızın sentyabrın 11-də toyunun olacağı barədə ona məlumat daxil olub.
BAKI, 2 sentyabr — Sputnik. İmişli rayonunda yeniyetmənin toyunun olması barədə sosial şəbəkədə yayılan məlumat polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.
Qeyd edək ki, 17 yaşlı qızın toyu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yayıb. O, bildirib ki, İmişli rayonu Məzrəli kəndində 17 yaşlı qızın sentyabrın 11-də toyunun olacağı barədə ona məlumat daxil olub.
Xatırladaq ki, yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklə ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək.
Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 13000 manatadək məbləğdə cərimə olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.