https://sputnik.az/20240902/mdb-pa-musahide-missiyasinin-rehberi-msk-nin-sedri-mezahir-penahovla-gorusub-467004044.html
Ceyhun Bayramov və Leonid Anfimov MDB çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Ceyhun Bayramov və Leonid Anfimov MDB çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Sputnik Azərbaycan
Nümayəndə heyətinin rəhbəri bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil olunduğunu müşahidə etdiklərini bildirib. 02.09.2024, Sputnik Azərbaycan
2024-09-02T22:20+0400
2024-09-02T22:20+0400
2024-09-02T21:24+0400
msk
siyasət
parlament seçkisi
zəngilan
işğaldan azad edilmiş ərazilər
məzahir pənahov
mdb parlamentlərarası assambleyası
nümayəndə heyəti
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461596976_0:160:3072:1888_1920x0_80_0_0_fdf94cd390086646c74974686ebf3440.jpg
BAKI, 2 sentyabr — Sputnik. Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.XİN-in yaydığı məlumata görə, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.Nazir Azərbaycanda suverenliyin bərpasından sonra 1 sentyabr tarixində keçirilən ilk Parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkilərində olduğu kimi, bu Parlament seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə təşkil olunduğunu bildirib. Seçkilərlə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verən nümayəndə, Parlament seçkilərinin təşkilatın Azərbaycanda müşahidə etdiyi sayca 12-ci seçki olduğunu diqqətə çatdırıb. Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyinin şahidi olduqlarını vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırıb.Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 30.08.24, 12:05MDB PA müşahidə missiyasının rəhbəri MSK-nın sədri Məzahir Pənahovla görüşüb"Azərbaycan sülh və sabitliyin hökm sürdüyü ölkədir və bu da təbii olaraq seçki prosesinə öz təsirini göstərir. MDB müşahidə missiyası olaraq bundan əvvəl fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərini izlədik, xalqın öz Liderinə inam və etibarını, yüksək təşkilatçılığı, xalqın həmrəyliyini müşahidə etdik. Ümid edirik ki, sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri də bu tempdə keçəcək". Bu fikirləri Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, MDB baş katibinin birinci müavini Leonid Anfimov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla avqustun 30-da görüşü zamanı səsləndirib. Nümayəndə heyətinin rəhbəri seçkilərə hazırlıq prosesini yüksək qiymətləndirib və parlament seçkiləri ilə bağlı əlaqədar dövlət qurumlarında olduqlarını bildirib.M.Pənahov qonaqlara seçicilərin, məntəqələrin, müşahidəçilərin sayı, bülletenlərin çapı və digər məsələlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib. Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.Qeyd edilib ki, parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə ilk dəfə keçirildiyini vurğulayan MSK sədri Qarabağda və Şərqi Zəngəzurda 54 seçki məntəqəsi yaradıldığını, bu ərazilərdə 42 mindən yuxarı seçici olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümumilikdə seçkiləri izləmək üçün ölkə üzrə 1000 veb-kamera quraşdırılıb.Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq. Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1a/461596976_171:0:2902:2048_1920x0_80_0_0_4ad24d4c7aca8194112f0b1b9eaa3a7c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
msk, parlament seçkisi, zəngilan, işğaldan azad edilmiş ərazilər, məzahir pənahov, mdb parlamentlərarası assambleyası, nümayəndə heyəti
msk, parlament seçkisi, zəngilan, işğaldan azad edilmiş ərazilər, məzahir pənahov, mdb parlamentlərarası assambleyası, nümayəndə heyəti
Ceyhun Bayramov və Leonid Anfimov MDB çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Nümayəndə heyətinin rəhbəri bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil olunduğunu müşahidə etdiklərini bildirib.
BAKI, 2 sentyabr — Sputnik. Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in yaydığı məlumata görə, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Azərbaycanda suverenliyin bərpasından sonra 1 sentyabr tarixində keçirilən ilk Parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.
MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkilərində olduğu kimi, bu Parlament seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə təşkil olunduğunu bildirib.
Seçkilərlə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verən nümayəndə, Parlament seçkilərinin təşkilatın Azərbaycanda müşahidə etdiyi sayca 12-ci seçki olduğunu diqqətə çatdırıb. Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyinin şahidi olduqlarını vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırıb.
Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
MDB PA müşahidə missiyasının rəhbəri MSK-nın sədri Məzahir Pənahovla görüşüb
"Azərbaycan sülh və sabitliyin hökm sürdüyü ölkədir və bu da təbii olaraq seçki prosesinə öz təsirini göstərir. MDB müşahidə missiyası olaraq bundan əvvəl fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərini izlədik, xalqın öz Liderinə inam və etibarını, yüksək təşkilatçılığı, xalqın həmrəyliyini müşahidə etdik. Ümid edirik ki, sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri də bu tempdə keçəcək".
Bu fikirləri Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, MDB baş katibinin birinci müavini Leonid Anfimov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla avqustun 30-da görüşü zamanı səsləndirib.
Nümayəndə heyətinin rəhbəri seçkilərə hazırlıq prosesini yüksək qiymətləndirib və parlament seçkiləri ilə bağlı əlaqədar dövlət qurumlarında olduqlarını bildirib.
M.Pənahov qonaqlara seçicilərin, məntəqələrin, müşahidəçilərin sayı, bülletenlərin çapı və digər məsələlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib. Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verə bilmələri üçün hərtərəfli şərait yaradılıb.
Qeyd edilib ki, parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə ilk dəfə keçirildiyini vurğulayan MSK sədri Qarabağda və Şərqi Zəngəzurda 54 seçki məntəqəsi yaradıldığını, bu ərazilərdə 42 mindən yuxarı seçici olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümumilikdə seçkiləri izləmək üçün ölkə üzrə 1000 veb-kamera quraşdırılıb.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.