https://sputnik.az/20240902/macaristan-rusiyadan-neft-tedaruku-olmadan-yasaya-bilmez-467111433.html
Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz
Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz
Sputnik Azərbaycan
Siyyarto deyib ki, Rusiya nefti olmasa Macarıstan yanacağa olan tələbatı təmin edə bilməyəcək. 02.09.2024, Sputnik Azərbaycan
2024-09-02T20:42+0400
2024-09-02T20:42+0400
2024-09-02T20:42+0400
neft
dünya xəbərləri
peter siyyarto
macarıstan
çexiya
ukrayna
vladimir zelenski
ukrayna hökuməti
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150247_0:160:3072:1888_1920x0_80_0_0_56a89fa289c2f86cb4d8725db952e349.jpg
BAKI, 2 sentyabr — Sputnik. Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz. Bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto "RBC"yə müsahibəsində bildirib. "Əgər Macarıstan Rusiyadan neft tədarükünü dayandırarsa, biz sadəcə sağ qala bilməyəcəyik, sözün əsl mənasında ölkəni bəsləyə bilməyəcəyik", nazir vurğulayıb. Siyasətçinin sözlərinə görə, ölkə hökuməti sadəcə olaraq yanacağa olan tələbatı ödəyə bilməyəcək. Macarıstanın ölkəni lazımi enerji resursları ilə təmin etmək üçün uyğun alternativi yoxdur. Avqustun 30-da Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın gələn il yanvar ayının ilk günlərindən etibarən Rusiya neft və qazının Avropaya tranzitini dayandıracağını söyləyib. Ukrayna rəsmisi qeyd edib ki, Avropa İttifaqının (Aİ) Slovakiya, Çexiya və Macarıstanın neft tədarükünün şaxələndirilməsi üçün imkanlar tapması barədə qətnaməsi var. Xatırladaq ki, avqustun 2-də Avropa Komissiyası Macarıstana və Slovakiyaya Rusiya neftindən imtina etmək imkanlarını nəzərdən keçirməyə və alternativ tədarük mənbələri tapmağa dəvət edib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/05/465150247_171:0:2902:2048_1920x0_80_0_0_e0c58658f16feb062903569c56b5f0cd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, peter siyyarto, macarıstan, çexiya, ukrayna, vladimir zelenski, ukrayna hökuməti
neft, peter siyyarto, macarıstan, çexiya, ukrayna, vladimir zelenski, ukrayna hökuməti
Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz
Siyyarto deyib ki, Rusiya nefti olmasa Macarıstan yanacağa olan tələbatı təmin edə bilməyəcək.
BAKI, 2 sentyabr — Sputnik. Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməz.
Bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto "RBC"yə müsahibəsində bildirib.
"Əgər Macarıstan Rusiyadan neft tədarükünü dayandırarsa, biz sadəcə sağ qala bilməyəcəyik, sözün əsl mənasında ölkəni bəsləyə bilməyəcəyik", nazir vurğulayıb.
Siyasətçinin sözlərinə görə, ölkə hökuməti sadəcə olaraq yanacağa olan tələbatı ödəyə bilməyəcək. Macarıstanın ölkəni lazımi enerji resursları ilə təmin etmək üçün uyğun alternativi yoxdur.
Avqustun 30-da Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın gələn il yanvar ayının ilk günlərindən etibarən Rusiya neft və qazının Avropaya tranzitini dayandıracağını söyləyib. Ukrayna rəsmisi qeyd edib ki, Avropa İttifaqının (Aİ) Slovakiya, Çexiya və Macarıstanın neft tədarükünün şaxələndirilməsi üçün imkanlar tapması barədə qətnaməsi var.
Xatırladaq ki, avqustun 2-də Avropa Komissiyası Macarıstana və Slovakiyaya Rusiya neftindən imtina etmək imkanlarını nəzərdən keçirməyə və alternativ tədarük mənbələri tapmağa dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.