CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün ölkə ərazisində havanın hərarəti 38°-yə çatacaq

© Sputnik / Ilham MustafayevFərqli sivilizasiya və müasirliyin astanası - Xınalıqdan foto, arxiv
Fərqli sivilizasiya və müasirliyin astanası - Xınalıqdan foto, arxiv - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Abunə olmaq
Şərq küləyinin gündüz bəzi şərq rayonlarında arabir güclənəcəyi bildirilir.
BAKI, 2 sentyabr - Sputnik. Sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu 32-37° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu 33-38°, dağlarda 21-26° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0