Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bir çox ölkələr seçkiöncəsi proseslərdə xaricdən yönələn təzyiqlərlə üzləşir - müşahidəçi

© Sputnik / Murad OrujovSeçki qutusu, arxiv
Seçki qutusu, arxiv - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Abunə olmaq
Rusiyalı müşahidəçinin fikrincə, parlamentin ölkənin daxili və xarici siyasətini dəstəkləyən çoxluqdan formalaşması çox uğurlu bir nəticədir.
BAKI, 2 sentyabr - Sputnik. "Azərbaycanda budəfəki parlament seçkiləri ölkənin ərazi bütövlüyünün təminatından sonra keçirilən ilk seçkidir. Rusiya Federasiyanın marağı ondan ibarətdir ki, bütün qonşu ölkələr güclü olsun".
Bunu Rusiya Federasiya Şurasının üzvü İlyas Umaxanov mətbuat konfransında deyib. İ.Umaxanov qeyd edib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı müxtəlif məsələlər, eləcə də iqtisadi əməkdaşlıq əlaqələri müzakirə olunub:
"Onların arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı məsələsi də var. Dağıstan və Azərbaycanı uzun illərin dostluğu birləşdirir".
Onun sözlərinə görə, yeni parlamentin təşkili dövlətlər arasında mühüm iqtisadi layihələrin həyata keçirilməsinə təkan verəcək.
Rusiya Federasiya Şurasının üzvü Aleksandr Terentyev qeyd edib ki, hər iki müşahidəçi Dağıstan və Tatarıstanı təmsil edir. Rusiyanın bu iki respublikasının Azərbaycanda daimi nümayəndəliklərinin olduğunu deyən A.Terentyev əlavə edib ki, Rusiyanın Ticarət Nazirliyi vasitəsilə uğurlu əməkdaşlıq həyata keçirilir.
"Bu gün dünyada vəziyyət bir o qədər də sabit deyil. Heç bir beynəlxalq təşkilat sabit dövrünü yaşamır. Bir çox ölkələr seçkiöncəsi proseslərdə xaricdən yönələn təzyiqlərlə üzləşir. Bu dövlətlərdə seçkidən əvvəl bir çox şayiələr yayılır. Biz qonşu Gürcüstanda siyasi proseslərin şahidi olduq, qanunvericiliklə bağlı orada baş verən dəyişikliyin Avropada necə reaksiya doğurduğunu gördük. Bir daha bu uğurlu seçkilər münasibətilə sizi təbrik edirəm", Aleksandr Terentyev vurğulayıb.
Rusiyalı müşahidəçi qeyd edib ki, seçkilərdə 64 faizlik iştirak göstəricisi hesabatlarda əksini tapıb. Onun sözlərinə görə, parlamentdə formalaşan çoxluğun ölkənin daxili və xarici siyasətini dəstəkləyənlərdən ibarət şəxslərdən formalaşması çox uğurlu bir nəticədir. İnsanların seçkilərə gəlməsi o deməkdir ki, hər kəs bu siyasəti dəstəkləyir.
Qeyd edək ki, parlament seçkilərində səsvermənin nəticələri barədə ilkin protokolları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edən seçki məntəqələrinin sayı açıqlanıb. Respublika üzrə fəaliyyət göstərən 6478 seçki məntəqəsindən 6422-si (99,1 faiz) MSK-ya hesabat verib. Beləliklə, 56 seçki məntəqəsi nəticələrlə bağlı hesabatı Komissiyaya təqdim etməyib. Parlament seçkiləri ilə bağlı səsvermə prosesi sentyabrın 1-də 8:00-dan 19:00-a qədər həyata keçirilib. 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Anfimov: Azərbaycanda seçkiləri izləmək üçün hər cür şərait yaradılıb
Azərbaycan hakimiyyəti növbədənkənar parlament seçkilərini izləmək üçün hər cür şərait yaradıb. Bunu MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 33 müşahidəçidən ibarət missiya avqustun 13-dən seçki prosesinə müdaxilə etməmək prinsipinə uyğun olaraq seçkilərin monitorinqini həyata keçirib: "Monitorinq zamanı MDB-dən olan müşahidəçilər Mərkəzi Seçki Komissiyası, Xarici İşlər Nazirliyi, Ali Məhkəmə və digər dövlət qurumları ilə seçki kampaniyasının gedişini müzakirə ediblər. Namizədlərlə də görüşlər keçirilib. Seçkilərin beynəlxalq müşahidəsi üçün bütün lazımi şərait yaradılıb".
L.Anfimov Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini və seçki məntəqələri üzvlərinin peşəkarlığını xüsusi qeyd edib. Onun sözlərinə görə, MSK-nın iclaslarında iştirak edən missiya üzvləri onun şəffaflığını qeyd edirlər: "Mən Azərbaycan xalqını parlamentə seçki kampaniyasının başa çatması münasibətilə təbrik etmək istəyirəm. Ümid edirəm ki, parlamentin yeni tərkibi onun çiçəklənməsi üçün hər cür səy göstərəcək".
01.09.24, 12:39
Azərbaycanda parlament seçkiləri şəffaf keçirilir - ŞƏT-in müşahidə missiyasının rəhbəri
“Biz görürük ki, məntəqə seçki komissiyaları ahəngdar və çox fəal işləyir". Bunu ŞƏT baş katibinin müavini, müşahidəçilər missiyasının rəhbəri Nuran Niyazəliyev deyib.

"Bütün bunlar, təbii ki, seçkilərin açıq, şəffaf keçirildiyindən, Azərbaycan vətəndaşlarına namizədlərə səs vermək imkanı verildiyindən xəbər verir”, - Niyazəliyev bildirib.

Missiya rəhbəri həmkarlarının da müxtəlif seçki məntəqələrində seçkiləri müşahidə etdiyini vurğulayaraq səsvermənin gedişindən razı qaldığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0