Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Azneft”də yanğın baş verib, idarənin əməkdaşı həlak olub

© Photo : MESBakı sularındakı gəmidə yanğın üç gündür davam edir
Bakı sularındakı gəmidə yanğın üç gündür davam edir - Sputnik Azərbaycan, 1920, 02.09.2024
Abunə olmaq
Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb.
BAKI, 2 sentyabr - Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.
Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.
Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0