CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni binalarda parklanma qiymətləri "ceyran belinə" qalxıb

© Photo : Baku Transport AgencyParklanma, arxiv
Parklanma, arxiv - Sputnik Azərbaycan, 1920, 01.09.2024
Abunə olmaq
Elnur Fərzəliyev deyib ki, özəl parklanma qiymətləri ilə bağlı konkret tariflər olmadığından, mülkiyyətçilər və MTK-lar binanın yerləşdiyi zonaya əsasən sərbəst qiymət müəyyən edirlər.
BAKI, 1 senyabr — Sputnik. Paytaxtda inşa olunan yeni tikilmiş binalarda parklanma qiymətləri bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Paytaxt sakinlərinin sözlərinə görə, parklanma yeri olan yeni tikililərdə aylıq icarə qiyməti 200 manatdan 250 manata çatıb.
"Sabah Residence" yaşayış kompleksində parklanma qiyməti 250-300 manat olub. Sakinlər bildirib ki, aylıq icarə haqqı baha olduğundan, onlar avtomobillərini yaxınlıqdakı ərazilərdə saxlamalı olurlar. Parklanma yerlərinin satış qiyməti isə yerləşdiyi yerdən asılı olaraq 35-50 min manatdır.
"Sabah Residence" yaşayış kompleksindən yeraltı dayanacaq qiymətlərinin 250-300 manat olduğunu təsdiqlədilər. Bildirdilər ki, illik icarə ödənişlərində endirimlər tətbiq edilir. Amma sakinlərə xüsusi güzəştlər yoxdur.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi binalarda MTK rəhbərliyinin özü, ya da zirzəmilərindəki parklanma yerlərini almış şəxs icarəyə verir. Onun sözlərinə görə, yeni inşa olunan çoxmənzilli binaların parklanma yerlərinin olması müsbət haldır. Lakin orada qiymətlər elə həddə qoyulmalıdır ki, sakinlər avtomobillərini yeraltı dayanacaqlarda saxlaya bilsinlər.
© Sputnik / Murad OrujovElnur Fərzəliyev
Эксперт в области недвижимого имущества, экономист Эльнур Фарзалиев - Sputnik Azərbaycan, 1920, 29.08.2024
Elnur Fərzəliyev
"Tikinti şirkətləri və özəl mülkiyyətçilər icarə haqqlarını müəyyən etməkdə sərbəstdirlər. Bununla belə ən azı binada yaşayan sakinlərə güzəştlər edilməlidir. Özəl parklanma qiymətləri ilə bağlı konkret tariflər olmadığından, mülkiyyətçilər və MTK-lar binanın yerləşdiyi zonaya əsasən sərbəst qiymət müəyyən edirlər" - deyə Elnur Fərzəliyev bildirib.
Əmlak eksperti deyir ki, Bakının Baş Planına əsasən, binalar inşa edildikdə yeraltı dayanacaqlar təşkil edilməlidir:
"Hazırda şəhərin hər yeri tıxacdır. Bunun bir əsas səbəbi də yol kənarlarında avtomobillərin park edilməsidir. Belə halda yanğın baş verdikdə binaya yanğınsöndürənlərin yaxınlaşması çətinləşir. Ona görə də, ən azı yaşayış binalarında sakinlərə güzəştlər edilməlidir. Çünki, 250-300 manat dayanacaq qiyməti çox fantastik məbləğdir. Az qala kirayə ev qiymətinədir. Təbii ki, hər sakinin bu qiyməti ödəyib avtomobilini yeraltı dayanacaqda saxlamağa maddi imkanı çatmayacaq.
Ona görə də, binanın yeraltı dayanacağı olsa da, sakinlər avtomobillərini həyətdə, yaxud yol kənarlarında saxlayırlar. Mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihləndirilibsə və binanın mülkiyyətidirsə, sakinlər özləri yığışıb tarif müəyyən edə bilərlər. Amma özəl mülkiyyətdirsə, sakinlərin qoyulmuş qiymətlə razılaşmaqdan başqa çıxış yolu yoxdur".
E. Fərzəliyev son vaxtlar parklanma yerlərində qiymət artımının müşahidə olunduğunu təsdiqləyib. Bildirib ki, özəl parklanma yerlərinin az olması, şəhərdə parkinqlərə təlabatı artırır.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Prezidentin imzaladığı fərmanla Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) özəl parklanma yerlərinin təşkili və idarəedilməsinə müdaxilə edə bilər. AYNA bu səlahiyyətdən istifadə edərək özəl parklanma yerlərində qiymətlərin vətəndaşlar üçün əlçanatan olması üçün təkliflər verməlidir. "Bu sahəyə nəzarət olmalıdır. Özəl parklanma yerləri qiymətləri fantastik həddə çatdırdığı üçün insanlar avtomobillərini küçədə və başqa-başqa binaların həyətlərində saxlayırlar. Bu problem inzibati metodlarlarla tənzimlənməlidir. Özəl parklanma yerlərində normal tariflər qoymalıdırlar ki, vətəndaşlar binaların yeraltı dayanacaqlarından istifadə edə bilsin. Böyük ticarət mərkəzlərinin parklanma yerlərində də bu məsələ tənzimlənməlidir. Qısamüddətli parklanma ilə uzunmüddətli parklanma qiymətlərinə fərqli tariflər tətbiq edilməlidir. Özəl parklanma yerlərində tariflər vətəndaşların cibinə uyğun olmalıdır ki, şəhərdə sıxlıq yaranmasın".
AYNA-dan isə Sputnik Azərbaycan-a bildirdilər ki, parklanma yerlərində tariflərə müdaxilə səlahiyyətləri yoxdur. Dövlət tərəfindən təşkil edilmiş parklanma yerlərində belə tariflər Nazirlər Kabineti tərəfindən tənzimlənir.
Xəbər lenti
0